14:08, 14 İyun 2018 (Cümə axşamı) 193

Navalnının həbs müddəti bitib

Navalnının həbs müddəti bitib


/ DÜNYA
Rusiyada müxalifət siyasətçisi və antikorrupsiya fəalı Alekse Navalnı 30 sutkalıq həbsdən buraxılıb. O, prezident Vladimir Putinə qarşı etirazların təşkilinə görə saxlanmışdı.

Dozhd TV iyunun 14-də xəbər verib ki, Navalnı Moskvada təcridxanadan çıxıb. Navalnı-nin Twitter-də fotosunu da yerləşdirib.

Mayın 15-də Moskvanın Tver rayon məhkəməsi Navalnı-ni ictimai toplantıların təşkili qaydalarını pozmaqda təqsirli bilib və 30 sutkalıq həbsə məhkum edib.

Məhkəmə daha sonra onu polisin göstərişinə əməl etməməkdə də təqsirli bilərək 15 sutkalıq cəza kəsib.

Navalnı bu ittihamları "gülünc” adlandırıb, hər iki cəzanı eyni vaxtda çəkib.

Mayın 5-də Moskvada və Rusiyanın digər şəhərlərində yüzlərlə adam Putin-in dördüncü müddətə prezident seçilməsinə etiraz yürüşlərinə çıxıb. Etirazlarda 1600-dən çox saxlanan olub.

Navalnı onda saxlansa da, bir neçə saatdan sonra buraxılıb, ancaq Moskvadan çıxmaması barədə qərar çıxarılıb.

İndiyədək Navalnı bir neçə dəfə antihökumət etirazlarının təşkilinə görə həbs cəzası çəkib, iki dəfə isə maliyyə ittihamları ilə məhkum edilib. Müxalifətçi Putin-ə qarşı müxalifətdə olduğuna görə Kremlin ittihamları saxtalaşdırdığını bildirib. Navalnı seçkiyə də buraxılmayıb.

Putin-in 18 mart seçkisində səslərin 77 faizini topladığı bildirilir. Ancaq tənqidçilər seçkinin saxtakarlıqla keçdiyini bildirirlər.