11:03, 19 Mart 2018 (Bazar ertəsi) 398

NATO təzə qərargaha köçür

NATO təzə qərargaha köçür


/ DÜNYA
Texniki problemlər ucbatından bir neçə günlük yubanmadan sonra NATO Brüsseldə yeni qərargaha köçməyə başlayacaq. Xəbəri Almaniyanın dpa agentliyi yayıb.

Rəsmilərin deməsinə görə, 4 minədək əməkdaşın köçürülməsi 12 həftə çəkəcək.

Yeni məkan da alyansın hazırkı qərargahı yaxınlığındadır. İndiki binadan keçid dövründə istifadə olunacaq.

NATO-nun yeni qərargahının təməli 2010-cu ilin dekabrında qoyulub. Bu bina alyansın 1500 əməkdaşı, 1700 beynəlxalq hərbi və mülki heyət, NATO agentliklərindən 600 nəfər və hər gün 500 ziyarətçi üçün nəzərdə tutulub.

İlkin olaraq 750 milyon avroya (830 milyon dollar) başa gələcəyi planlaşdırılan binaya faktiki 1,17 milyard avro xərclənib.