14:10, 11 İyul 2018 (Çərşənbə) 69

NATO sammiti başlanır

NATO sammiti başlanır


/ DÜNYA
Bu gün – iyulun 11-də Brüsseldə NATO liderlərinin sammiti başlanır. Bu toplantının Şimal Alyansının son illər ərzində ən qeyri-müəyyən, təlatümlü görüşlərindən biri olacağı gözlənir.

Sammit ərəfəsində ABŞ prezidenti Donald Tramp alyans üzvlərini müdafiə xərclərinin səviyyəsinə görə bir neçə dəfə tənqid edib. O, iyulun 10-da Vaşinqtonu tərk edəndə də bir neçə tvit atıb, alyansın 29 üzvünün Birləşmiş Ştatların bloka ayırdığı pulları "kompensasiya” etməli olduğunu vurğulayıb. O, NATO üzvlərindən çoxunun nəinki ümumdaxili məhsulun 2 faizini müdafiəyə ayırmadığını, illərdir ödənişləri etmədiyini yazıb.

2 faizlik hədəfi keçmiş prezident Barack Obama 2014-cü ildə rəsmi öhdəlik kimi qoyub.

NATO qərargahının bildirməsinə görə, alyans bu il müdafiə xərclərini ümumilikdə 3,8 faiz artıracaq, səkkiz üzvün isə ilin sonunadək 2 faizlik öhdəliyi yerinə yetirəcəyi gözlənir.

Trump və Ağ ev rəsmiləri hədələyirlər ki, NATO üzvləri xərcləri artırmasalar, ABŞ Avropada hərbi iştirakını azalda bilər.

Alyansın bəzi üzvləri Tramp-ın planlaşdırılan böyük hərbi təlimlərdən çıxa biləcəyindən narahatlıq dilə gətiriblər.