14:24, 02 Oktyabr 2018 (Çərşənbə axşamı) 299

NATO-nun müdafiə xərclərinin artırılması müzakirə olunacaq

NATO-nun müdafiə xərclərinin artırılması müzakirə olunacaq


/ DÜNYA
Brüsseldə oktyabrın 3-4-də NATO müdafiə nazirlərinin görüşü keçiriləcək.

Bu barədə jurnalistlərə NATO Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, 29 üzv ölkənin müdafiə nazirləri əsasən müdafiə xərclərinin artırılması məsələsini müzakirə edəcəklər: "Həmçinin hazırda Makedoniyanın üzvlüyə qəbul olunması haqqında danışıqlar gedir. Güman edirəm ki, bu danışıqları gələn ilin yanvarında başa çatdıracağıq".