21:20, 02 Mart 2018 (Cümə) 341

NATO konvoyunun yaxınlığında partlayış olub, ölən var

NATO konvoyunun yaxınlığında partlayış olub, ölən var


/ DÜNYA
Əfqanıstanın paytaxtı Kabildə NATO konvoyu yaxınlığında intiharçı hücumu olub.

"Amerikanın Səsi"-nin verdiyi xəbərə görə, Əfqanıstan rəsmiləri bildirib ki, intiharçının paytaxt Kabildəki NATO konvoyunun yaxınlığında partlayıcı maddə yerləşdirilmiş avtomobili partlatması 6 yaşlı qız uşağının ölümünə, 14 nəfərin isə yaralanmasına səbəb olub.

Polis idarəsinin sözçüsü Bəşir Mücahid "Amerikanın Səsi"-nə verdiyi şərhdə hücumun Kabili ölkənin şərqindəki Cəlalabad şəhəri ilə birləşdirdiyi əsas yolda, xarici hərbi bazanın yaxınlığında həyata keçirildiyini deyib.

O, qurbanlar arasında mülki vətəndaşların olduğunu, lakin beynəlxalq qoşunlara zərər dəymədiyini bildirib.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Son aylar Kabil militantların ən ölümcül hücumların olduğu bildirilir. Yanvar ayının sonunda Kabilin izdihamsı ərazisi hesab olunan, hökümət binasının önündə avtomobil partlayışı 100-ə qədər insanın ölümünə, 163 nəfərdən çoxunun xəsarət almasına səbəb olmuşdu.

Bugünkü hücum prezident Əşrəf Qaninin Talibana şərtsiz sülh danışıqları təklif etdiyi yüksək səviyyəli beynəlxalq konfransa ev sahibliyi etməsindən iki gün sonraya təsadüf edib.