Siyasət

"Nardaran məhbusları'' aclıq aksiyasına başlaya bilər

28 Yanvar, 2019
1172
"Müsəlman Birliyi” Hərəkatı həbsdəki liderlərinin həyati təhlükəsilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, təşkilatın sədri Taleh Bağırzadəyə və İdarə Heyətinin üzvlərinə qarşı həbsxanada olan təzyiqlər son zamanlar heç vaxt olmadığı qədər dəhşətli həddə çatıb. 
Belə ki, hacı Taleh Bağırzadəni özünü fiziki və psixoloji olaraq idarə edə bilməyən məhbuslarla eyni kamerada saxlayırlar. Söhbət daha əvvəllər özünə və başqa məhkumlara həyati təhlükə törətmiş məhbuslardan gedir:

"Məsələn, son olaraq hacı Taleh ilə eyni kameraya göndərilmiş məhkum öncəki kamera yoldaşını yatağı ilə birlikdə yandırmağa çalışan, öz təbii ehtiyaclarını yatağındaca yerinə yetirən, müxtəlif xəstəliklərə zəmin yaradan iyrənclikləri adi hal kimi edən biridir”.

Həmçinin bildirilir ki, Hərəkatın İdarə Heyətinin digər üzvləri tez-tez sözlü və əməli təhqirlərə məruz qalır, digər məhbuslarla münaqişəyə girməyə sövq edilir, ən adi hüquqlarından belə müxtəlif bəhanələrlə məhrum edilir, bu haqsızlığa etiraz edəndə isə, işgəncəyə məruz qalır və cəza kamerasına (kars) salınır:

"Son günlərdə xüsusilə Abbas Hüseyn və Cabbar Cabbarov daha sərt təzyiqlərə məruz qalır.

Sadaladıqlarımız yalnız deyə bildiklərimizdir. Amma bizi düşünənlərin daha çox narahat olmaması və qəlblərinin, qürurlarının incinməməsi üçün demədiyimiz daha çox məsələlər mövcuddur.

Zaman göstərir ki, bu mənfi tendensiya artan qrafik üzrə hərəkət edir”.

Bildirilir ki, bunları nəzərdə tutaraq və bütün baş verə biləcək halları gözə alaraq, "Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri və İdarə heyətinin üzvləri, sözügedən təzyiqlərə son verilməyəcəyi təqdirdə müddətsiz aclıq aksiyasına başlayacaq.

"Kimsə düşünürsə ki, belə aclıq aksiyası həyati təhlükə, öz canına qəsd ola bilər, bunu bilməlidir ki, zatən hazırda hər gün və hər gecə canımıza qəsd edilməsi və həyati təhlükə ilə qarşı-qarşıyayıq. Və bu aksiya da belə vəziyyətin dəyişməsi üçündür,” – deyə hətəkatın həbsdə olan üzvləri bəyan edib.

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun saxlandığı Qobustan həbsxanasında yanvarın 13-də döyülüb işgəncələrə məruz qaldığı, daha sonra naməlum istiqamətə aparıldığı bildirilirdi. 

Sonradan onun işgəncə faktı ilə əlaqədar verdiyi şikayəti araşdırmaq üçün Kürdəxanı həbsxanasına gətirildiyi bildirildi. Bir müddət öncə isə Taleh Bağırzadənin təzyiqlərə görə özünə xəsarət yetirməsinə dair məlumatlar yayıldı.

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində T.Bağırzadə və digərləri həbs olunub. Onlara qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. T.Bağırzadə və A.Hüseynov 20 il azadlıqdan məhrum edilib.

Onlar özlərini təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.

Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo