Siyasət

''Nardaran işi''ndə həbs olunanların şikayətinə baxılır

22 Fevral, 2018
741
Fevralın 22-də Ali Məhkəmədə "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Şahin Yusifovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslər iştirak etməyib. İclasda çıxış edən vəkillər - Fariz Namazlı, Zibeydə Sadıqova və Elçin Sadıqov müdafiə etdikləri şəxslərə qarşı işgəncələrdən, istintaq və məhkəmə zamanı yol verilmiş qanun pozuntularından danışıblar. Bildiriblər ki, hətta məhkəmə dövründə də şahidlərə təzyiq olunub. Onların bir çoxu məhkəməyə gəlməmişdən öncə polis idarəsinə çağrılıb, onlardan Taleh Bağırzadənin əleyhinə ifadə vermək tələb olunub. Vəkillər deyiblər ki, daxili işlər naziri Ramil Usubovun Nardaran əməliyyatı ilə bağlı açıqlaması olub. Əvvəlki məhkəmə instansiyalarında vəkillər Usubovun məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə təmin etməyib. Bundan sonra təqsirləndirilən şəxslərə və vəkillərə hücum dalğası başlayıb, telekanallarda bu işə çıxan vəkillər "xüsusi təyinatlı vəkillər" adlandırılıb. Daxili İşlər Nazirliyinin mətbuat katibi məhkəmə başa çatmadan təqsirləndirilən şəxslərin ağır cəza alması haqqqında məlumat yayıb .

Vəkil Z.Sadıqova Nardaran əməliyyatında təqsirləndirilən şəxslərdən tapıldığı iddia olunan silahlar haqda danışıb. Bildirib ki, cinayət işinin materiallarında həmin silahların Rusiyadakı zavodlarda istehsal olunduğu yazılıb. Həmin zavodlara göndərilmiş vəkil sorğusuna cavab olaraq bildirib ki, onlar belə silah istehsal etməyiblər.

Vəkillər çıxışlarında Nardaran əməliyyatına rəhbərlik etmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanovun dindirilmədiyini də deyiblər. Onlar təqsirləndirilən şəxslərin barəsində olan cinayət işinə xitam verilməsini, onlara işgəncə verən şəxslərin barəsində xüsusi qərar çıxarılmasını istəyiblər.

Hakim bildirib ki,təqsirləndirilən şəxslərdən üçü – Abbas Hüseynov, Abbas Quliyev və Şamil Abduləliyev Ali Məhkəməyə ərizə göndərib, prosesdə iştirak etmək istədiklərini bildiriblər. Prokuror buna etiraz etsə də, məhkəmə onların müraciətini təmin edib. Növbəti məhkəməyə adları çəkilən şəxslərin gətirilməsinə qərar verilib. Proses bu səbəbdən qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadə, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər razılaşmayaraq, ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo