Dünya

Nalbandian Avropa Birliyi ilə yeni razılaşmadan danışdı

22 Fevral, 2017
792
"Avropa Birliyi ilə Ermənistran arasında yeni razılaşma ilə bağlı danışıqlar artıq yekunlaşmaq üzrədir".

Bunu Ermənistanın xarici işlər naziri  Edvard Nalbandian Deutsçe Velle-ə müsahibəsində deyib.

Ermənistanın bir neçə il əvvəl Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina etməsi və "Avrasiya İqtisadi Birliyi”nə qoşulmasının Moskvanın təzyiqi ilə olub-olmamasına gəldikdə isə nazir deyib ki, Yerevan həmişə paralel olaraq sonradan "Avrasiya İqtisadi Birliyi”nə çevirilən "Gömrük ittifaqı” na qoşulmaq istədiyini bildirirdi.

"Sadəcə ilkin olaraq bu mümkün deyildi. Çünki Ermənistanın "Gömrük ittifaqı” ölkələri ilə ümumi sərhədi yox idi. Amma ekspertlər həll variantı tapdılar, Ermənistan bu ittifaqa qoşuldu və bu üzvlük Ermənistan üçün faydalı oldu”, deyə Nalbandian bildirib.

Deutsche Welle-in müxbiri Janna Nemtsova Nalbandianadan, Moskvanın bu gün Avropa Birliyi ilə yeni razılaşma imzalanması prosesinə qarışıb-qarışmaması, Ermənistana təzyiq göstərib-göstərməməsini də soruşub.

Nalbandian isə deyib ki, sualın belə qoyulması düzgün deyil, Ermənistan müstəqil şəkildə qərar qəbul edir.

Dağlıq Qarabağ problemi ilə bağlı suala gəldikdə isə o qeyd edib ki, bu münaqişə ərazi mübahisəsi yox, insan haqlarının reallaşmasından aslı olan məsələdir, münaqişə aparan tərəflər ilk növbədə Dağlıq Qarabağla Azərbaycan və yalnız bundan sonra Ermənistandır.

Nalbandyanın sözlərinə görə, münaqişə Dağlıq Qarabağ əhalisinin öz müqəddaratını həll etmə haqqı əsasında nizamlanmalıdır.

Rusiyanın öz bazarlarını Ermənistanın üzünə bağlamasının mümkünlüyü ilə bağlı suala gəldikdə isə Nalbandian deyib ki, bu fantastika janrıdır.

Nazir əlavə edib ki, Ermənistanın müxtəlif ölkələrlə ticarət əlaqələri var və bunu şaxələndirməyə çalışır.
 
 
mənbə: azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo