15:04, 25 May 2018 (Cümə) 197

Nağd valyuta əməliyyatları 80,3% artıb

Nağd valyuta əməliyyatları 80,3% artıb
Mərkəzi Bank 2018-ci ilin birinci rübü üzrə pul siyasəti icmalını açıqlayıb. Hesabatda qeyd olunur ki, həm qeyri-nağd, həm də nağd valyuta bazarlarında əməliyyatların həcminin artması müşahidə edilib: "Qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 4,8 milyard ABŞ dollar ekvivalentində olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2% çoxdur.

Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%-i ABŞ dollarında, 16%-i digər valyutalarda aparılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dollarında valyuta əməliyyatlarının həcmi 12,4% artıb, avroda əməliyyatların həcmi 12,1% azalıb.

Bankların nağd xarici valyutanın alğı-satqısı üzrə apardığı əməliyyatların həcmi 1,4 milyard ABŞ dolları ekvivalentində olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,3% çoxdur”.