21:22, 03 Fevral 2018 (Şənbə) 134

Müxalifətçinin meyiti tapılıb - Rusiyada

Müxalifətçinin meyiti tapılıb - Rusiyada


/ DÜNYA
Sankt-Peterbuqda müxalifətçisi Konstantin Sinitsinin cəsədi taplıb.

Bu barədəAzadlıq Radiosunun Rusiya xidməti fevralın 3-də deputat Boris Vishnevskiyə istinadla xəbər verir.

Onun cəsədi hələ yanvarın 26-da yaşadığı evin girəcəyində aşkar edilib.

"Fontanka” nəşrinin məlumatına görə, polis Sinitsini sonuncu dəfə sağ görən adamı saxlayıb.

İlkin məlumatlara görə, müxalifətçi məişət zəmnində törədilən cinayətin qurbanı olub.

Onun başında zədələr aşkar edilib.

Sinitsinin 53 yaşı vardı, müxalifətin təşkil etdiyi aksiyaların daimi iştirakçısı idi.