22:11, 17 Aprel 2018 (Çərşənbə axşamı) 98

Müxalifət Yerevanın mərkəzində mitinq keçirir

Müxalifət Yerevanın mərkəzində mitinq keçirir


Ermənistan paytaxtı Yerevanın mərkəzindəki Respublika meydanında müxalifət mitinq keçirir. APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, mitinqin "Mənim addımım” təşəbbüs qrupu tərəfindən təşkil edilib.


 Qeyd edək ki, bundan əvvəl sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən etirazçıların polislə qarşıdurması nəticəsində 6-sı asayiş keşikçisi olmaqla, 46 nəfər xəsarət alıb.