Siyasət

Müxalifət Moskvada mühacirət hökuməti yaratmağa hazılaşır

9 Yanvar, 2017
820
Ukrayna müxalifəti Moskvada mühacirət hökuməti yaratmağa hazırlaşır.

Bunu "İzvestiya” qəzetinə müsahibəsində Ukraynanın keçmiş baş naziri, "Ukraynanı xilas komitəsi” nin rəhbəri Nikolay Azarov deyib.

"Mühacirət hökumətinin yaradılması üçün müvafiq vəziyyət və şərait yetişməlidir. Hakimiyyəti qanunsuz ələ keçirən indikihakim elita praktiki funksiyasını yerinə yetirə bilməyəndə və xalq alternativ hakimiyyət tələb edəndə, belə bir şərait yaranacaq”, deyə Azarov bildirib.

Azarov hesab edir ki, Moskva "Doroqomilovsk” məhkəməsinin 2014-cü ildə Ukraynadakı hadisələri çeviriliş hesab eləməsi, "Ukraynanı xilas komitəsi” ninin bu yöndə apardığı mübarizədə ilk addımdır.

Azarov bu istiqamətdə növbəti addımlar atılacağını, beynəlxalq məhkəmələrə müraciət olunacağını bildirib.

O həmçinin qeyd edib ki, əldə olan sübutlar Ukrayna məhkəmələrini də onun şikayətinə baxmağa məcbur edəcək.

Qeyd edək ki, Ukraynada başlayan "Maydan” hərəkatı 2014-cü ildə keçmiş rusiyapərəst prezident Viktor Yanukoviçin ölkədən qaçması ilə nəticələndi və hakimiyyətə indiki prezident Petro Poroshenkonun rərhbərliyi ilə qərbpərəst qüvvələr gəldi.

Bundan sonra Rusiya Krımı ilhaq elədi, Ukraynanın şərqində isə rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında döyüş başladı.

Həmin vaxtdan bu yana Ukraynanın şərqində 9 mindən çox adam ölüb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo