14:18, 16 May 2018 (Çərşənbə) 62

Müxalifət liderinə 30 sutka həbs verilib

Müxalifət liderinə 30 sutka həbs verilib
Moskva məhkəməsi müxalifət lideri Aleksey Navalnını prezident Vladimir Putinə qarşı etiraz aksiyalarını təşkil etdiyinə və bu zaman qanunu dəfələrlə pozduğuna görə 30 gün müddətinə azadlıqdan məhrum edib.

Tver rayon məhkəməsinin mayın 15-də çıxardığı hökmdə deyilir ki, Navalnı ictimai toplaşmaları tənzimləyən qanunu pozub.

Məhkıəmə Navalnı barəsində ikinci ittiham üzrə də hökm verməlidir. Navaln həm də polisin əmrlərinə tabe olmamaqda ittiham edilir. Bu inzibati xəta üzrə də ona daha 15 sutka cəza verilə bilər.

Navalnı mayın 5-də bütün Rusiya boyunca anti-Putin aksiyalarının gedişində Moskvada keçirilən nümayişdə həbs olunmuşdu.

Lakin o vaxt Navalnı sərbəst buraxılmış, Moskvadan çıxmayacağına dair iltizam imzalamışdı.

Navalnı bu barədə Tvitterdə yazıb: "Onlar mənə 30 sutka verdilər. Dinləmə davam edir”.