10:55, 22 Noyabr 2017 (Çərşənbə) 23

Müxalif qüvvələr seçki boykotuna qarşıdı

Müxalif qüvvələr seçki boykotuna qarşıdı
Noyabrın 21-də Müsavat Partiyasının qərargahında "2018-ci ilin Prezident seçkiləri: boykot, yoxsa iştirak?" mövzusunda dəyrimi masa keçirilib. "Turan”-ın məlumatına görə, Strateji Milli Düşüncə Mərkəzinin təşkil etdiyi dəyirmi masaya Müsavat Partiyasından, ReAL Hərəkatından, VHP-dən və s. Təşkilatlardan qatılıblar. 

İctimai-siyasi şəxslər 2018-ci il prezident seçkilərində iştirakı ən vacib məsələ kimi dəyərləndiriblər və birmənalı olaraq seçikiyə qatılmağın tərəfdarı olublar.

Mərkəzin rəhbəri İsa Qəmbərin fikrincə, ən real prezident seçkiləri 2003-cü ildə keçirilib: "Müxalifət o zaman seçki qələbəsini əldə etdi, amma onu faktiki qələbəyə çevirə bilmədi".

Mərkəz rəhbəri deyib ki, indi əsas məsələ demokratik seçki mühiti yaradılması üçün səylər göstərmək və seçki məcəlləsində demokratik dəyişkliklərə nail olmaqdır:

"Bu mənada Müsavat Partiyası Seçki Məcəlləsində ən önəmli olan 5-6 istiqamət üzrə islahatlar aparılması üçün təkliflər paketi hazılayıb. Hesab edirik ki, məcəllədə dəyişikliklərə nail olmaq üçün indidən çalışmaq lazımdır, elə düşünmək lazım deyil ki, vaxt çox qalır, əslində vaxt çox azdır".

Eyni zamanda İ.Qəmbər seçkiyə hazırlaşmaq və cəmiyyətin potensialını toplaya bilmək üçün məsuliyyətli qərarlar qəbul etməyin zamanı gəldiyini vurğulayıb. Onun firkincə, burada həm də siyasi qüvvələrin funksional əməkdaşlığı üçün platforma da yarana bilər.

Toplantıda ayrı-ayrı ictimi-siyasi qurumları təmsil edən şəxslər və seçki ekspertləri çıxış edərək ilkin növbədə seçkiyə qatılmağı xüsusi vurğualyıblar.

Eyni zamanda informasiya vasitələrinin çoxunun hakimiyyətin nəzarətində olduğu deyilsə də, müxalifətin müasir texnologiya vasitələri, sosial şəbəkələr vasitəsilə təbliğat aparmaq kimi imkanları olduğunu bildiriblər.

Natiqlər prezident seçkilərində boykotun heç də səmərəli mübarizə üsulu olmadığını ifadə ediblər, 2015-ci ildən bu yana ağır sosial-iqtisadi durumla bağlı ölkədə protest elektoratının və müxalifətin seçki elektoratının artdığını söyləyiblər.

Tədbirdə 2018-ci ildə ölkədə cümhuriyyətin qurulması və s. əlamətdar tarixlər xatırladılıb, bu seçkinin xüsusi əhəmiyyəti olduğunu nəzərə çatdırıblar.

Natiqlərə görə, hakimiyyət mövcud böhrandan çıxmaq üçün cəmiyyətə heç nə təqdim etmir, odur ki, alternativ təklifə tələbat yaranıb.

Sonda ictimai-siyasi qüvvələr seçkilərlə bağlı müzakirələrin davam etdirilməsinə qərar veriblər.