Siyasət

Mustafa Hacıbəyli: ''Bastainfo'' hakerlərin hücumuna məruz qalıb

23 Fevral, 2018
624
"Bastainfo.com” saytı fevralın 21-dən başlayaraq hakerlərin hucumuna məruz qalıb.

Bu haqda saytın baş redaktoru Mustafa Hacıbəyli məlumat verib.

"Artıq iki gündür ki, saytın materiallarını paylaşmaq mümkün olmur. Məlumatlar paylaşılarkən "Facebook” və digər şəbəkələrdən bildiriş gəlir ki, "Bəzi "Facebook” istifadəçiləri bu materialı təhqiredici sayaraq şikayət etdiyi üçün silinib”. Hücumun ilk saatlarında 200-dən artıq material silinib. Onları bərpa edirik, əvəzində başqa materiallarımız silinir”.

M.Hacıbəyli deyir ki, sayta da haker hucumu var: "Sayta virus yüklənilir və anonim ip-lər vasitəsilə süni trafik yaradılır. Bəzi oxucularımızın telefonlarına və kompüterlərinə saytdan virus gəldiyi barədə bildirişlər gedir”.

Baş redaktor deyir ki, "Basta”da heç vaxt təhqiredici materiallar dərc edilməyib. Bu şikayətlər kütləvi şəkildə trollar (internetdə təxribat xarakterli materiallar paylaşan, habelə kimliyini gizlədən-red.) vasitəsilə təşkil edilir:

"Səbəb "Basta”nın Azərbaycanda hakimiyyəti tənqid edən materiallara, o cümlədən hakim ailənin korrupsiya əməlləri barədə beynəlxalq jurnalist təşkilatların hesabatlarına, siyasi məhbuslar mövzusuna, müxalifətin aksiyalarına, aparıcı müxalifət partiyalarının fəaliyyətinə geniş yer verməsidir. Trollar və hakerlər vasitəsilə edilən bu hücumlar siyasi senzuranın yeni üsuludur. Bunu hücumu hakimiyyət təkil edib.

"Azad Söz” hələ fevralın 20-də belə bir trol hücumu olacağı barədə xəbər yaymışdı. Həmin xəbərdə Azərbaycanda 17 internet resursuna hucum barədə verilən tapşırıq ifşa edilmişdi. Meydan TV ilə başlayan və Turan TV ilə yekunlaşan həmin siyahıda "Basta”nın da adı var. Hücum məhz həmin tapşırıqda əks olunan vaxt başladı və bunun arxasında hakimiyyətin dayandığına şübhə qalmadı”.

Bu il yanvarın 29-da, Bakı vaxtilə səhər saat 10 radələrində Meydan TV-nin "Facebook” səhifəsi hakerlərin hücumuna məruz qalaraq silinmişdi.

Mətbu orqan 12 saat sonra səhifəsinə çıxışı bərpa etsə də, hakerlər o vaxta qədər xəbər resursunun son 5 ildə dərc etdiyi bütün materialları bərpaolunmaz şəkildə silməyi bacarmişdı. Hücumu həyata keçirənlər həmçinin 100 minə yaxın abunəçinin abunəçiliyini məcburi şəkildə ləğv ediblər ki, bu da itirilmiş abunəçi bazasının 20 faizini təşkil edir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo