16:59, 19 Oktyabr 2017 (Cümə axşamı) 38

Müsavatın yürüşünə icazə verilməyib

Müsavatın yürüşünə icazə verilməyib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüş-mtinq keçirməsinə razılıq verməyib.

Bakı meriyası Müsavat Partiyasına oktyabrın 21-də keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi təklif edib.

Meriya yürüşə razılıq verməmək haqqında qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.

Masavat Partiyasının başqanı Arif Hacılı "Amerikanın Səsi"nə müsahibəsində Bakı meriyasının cavabını qanusuz saydığını bildirib.

"BŞİH-nin kütləvi aksiyanı qadağan etmək səlahiyyəti yoxdur. Bu qərar həm də əsassızdır. Bakı şəhərində nəqliyyat vasitələrinin artmasını əsas gətirərək kütləvi aksiyaya qadağa qoyulması absurddur. Buna yalnız bir yumor kimi yanaşmaq lazımdır", deyə o qeyd edib.

Partiya başqanı dövlət başçısı İlham Əliyevin bu yaxınlarda dediyi "Azərbaycanda sərbəst toplaşmaq azadlığı tam təmin olunur" fikirlərinə istinad edərək bildirib ki, sərbəst toplaşmaq azadlığının təmin olunması mitinqlərin, piketlərin, yürüşlərin, nümayişlərin keçirilməsinə icazə verilməsi deməkdir. "Bu hüquq bir qapalı stadionda deyil, ölkənin bütün ərazisində tanınmalıdır. Ancaq bizim yürüşə icazə verməməklə Azərbaycan hakimiyyəti bir daha ölkədə sərbəst toplaşmaq azadlğının olmadığını təsdiq etdi", deyə o qeyd edib.

Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin cavabı hazırda Müsavat Partiyasında müzakirə olunur. "Mövqeyimizi yaxın saatlarda açıqlayacağıq", deyə o qeyd edib.

Hacılı Müsavat-ın icazəsiz aksiya keçirməsi ilə bağlı sualın cavabında deyib ki, hazırda bu məsələ də Müsavat Partiaysında müzakirə olunur. "Ölkədəki ümumi siyasi şəraitini, öz resurslarımızı, cəmiyyətdə olan hazırki ab-havanı nəzərə alaraq qərar qəbul edəcəyik", deyə o qeyd edib.