Siyasət

Müsavat üzvü həbs olunub

22 May, 2018
794
Müsavat Partiyası Xətai rayon təşkilatınım sədr müavini Elvin Abdullayev 30 sutka inzibati cəza alıb.

Bu barədə Meydan TV-yə Müsavat Partiyasının başqan müavini Fərəc Kərimli məlumat verib.

Fərəc Kərimli deyib ki, mayın 22-də bir neçə polis müsavatçının evinə gəlib anasını 36-cı polis bölməsinə aparıblar. Elvin Abdullayev bundan xəbər tutandan sonra bölməyə gedib, anasını sərbəst buraxandan sonra onun saxlayıblar.

Saat 16 radələrində Xətai Rayon Məhkəməsi Elvin Abdullayev barədə 30 sutka həbs qərarı çıxarıb. Onu İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisə tabe olmamaq) ilə ittiham ediblər.

Ancaq yaxınları hesab edir ki, Elvin Abdullayev "Facebook”da İlham Əliyevin üzərində "Diktator” yazılmış fotosunu paylaşdığı üçün cəzalandırılıb.

Müsavat Partiyasının mətbuat xidmətinin məlumatında bildirilir ki, Elvin Abdullayevin həbsi ifadə azadlığının kobud şəkildə pozulmasıdır.

"Elvin Abdullayevin anasının polis bölməsinə aparılması isə hüquqa sığmayan ləyaqətsiz bir addımdır. Elvin Abdullayevin dərhal azad olunmasını tələb edirik”- məlumatda vurğulanır. Bu barədə ilk məlumatı basta.info yayıb.

Elvin Abdullayev əvvəllər də həbs olunub. Həmin dövrdə o, AXCP Gənclər Təşkilatının fəalı idi. Gənc fəal Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin satış məqsədilə əldə edilməsi, saxlanması və s.) maddəsi ilə ittiham edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2016-cı ildə Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən AXCP üzvü Elvin Abdullayevin kassasiya şikayətinə baxılıb.

Qərara əsasən, E. Abdullayevin ittiham olunduğu 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) maddəsinə tövsif edilib. Onun cəzası 6 ildən 2 il 6 aya endirilib. O, 2017-ci ilin martında prezident İlham Əliyevin Əfv sərəncamı ilə azadlığa buraxılıb.

Elvin Abdullayev beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınırdı.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo