Siyasət

Müsavat üzvü 25 sutka həbs cəzası alıb

24 Yanvar, 2019
958
Müsavat Partiyasının fəalı, keçmiş məhbus Elvin Abdullayevə yanvarın 23-də 25 sutka inzibati həbs cəzası verildiyi deyilir.

Bu barədə Azadlıq Radiosuna Müsavat Partiyasından məlumat veriblər.

Anası Zülfüyyə Abdullayevin deməsinə görə, O, yanvarın 22-si axşam saat 19 radələrində polisə aparılıb:

"Mənə aydın deyil ki, Elvini niyə həbs ediblər. Deyirlər ki, Elvin 19 yanvar mitinqi ilə bağlı təbliğat aparıb. Mitinq Bakı rəhbərliyi ilə razlşadırılıb. Burada qanun əleyhinə nə baş verib ki, bunu anlamaq olmur?”

Müsavat Partiyasından bildirildiyinə görə, Xətai Rayon Məhkəməsinin qərarı ilə Elvin Abdullayev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə günahlandırılıb.

Məhkəmənin özündən isə bu məlumatı, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

Bu günlər Milli Şura və bəzi müxalifət qüvvələrinin yanvarın 19-da keçirilən aksiyasında iştirak edən bir çox insanlara polisin zəng vurduğu, bəzilərinin isə polis şöbələrinə çağırıldığı deyilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu məsələ ilə bağlı suala birbaşa cavab verməyib. Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov yanvarın 22-də Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumat yaydığını və suallara orda cavab verildiyini deyib.

Həmin məlumatda qeyd edilir ki, yanvarın 19-da keçirilən mitinqdən sonra iştirakçıların bir qrupu Yasamal rayonunun Şərifzadə küçəsində və Bakı Metropoliteninin "İnşaatçılar” stansiyasının yaxınlığında "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə zidd olaraq razılaşdırılmış vaxtdan və ərazidən kənar qanunsuz küçə yürüşünə cəhd ediblər.

Birgə məlumatda aksiyanın təşkilatçılarının polisə dəvət edildikləri bildirilir. Deyilir ki, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaq, əhalinin rahatlığının, müəssisələrin fəaliyyətinin pozulması təkrarlanacaqsa, aksiya təşkilatçıları və iştirakçılarının məsuliyyətə cəlb ediləcəkləri ilə bağlı onlara xəbərdarlıq edilib

Milli Şura, Müsavat Partiyası və bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da «bloqer Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» şüarı ilə aksiya keçirib. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Blogerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, Mehman Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı.

Yanvarın 22-də isə Baş Prokurorluq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Buna səbəb kimi isə blogerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da öz növbəsində bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilir.

Müsavat Partiyasının üzvü Elvin Abdullazadə Azərbaycan Pedaqoji Universitetinin tələbəsi olub. O, 2015-ci il yanvarın 8-də imtahandan çıxarkən saxlanıb

Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunan Elvin Abdullazadə 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il həbs cəzası almışdı. Gənc məhkəmədə ittihamları qəbul etməmiş, bunun siyasi sifariş olduğunu bildirmişdi.

Onun işinə Ali Məhkəmədə baxılanda ittiham olunduğu maddə dəyişdirilmişdi. O, CM-nin 234.1-ci maddəsi (şəxsi məqsədlə narkotik istifadəsi) ilə ittiham edilmiş, cəzası 6 ildən 2 il 6 aya endirilmişdi.

O, həbsdən çıxmasına bir neçə ay qalmış, yəni 2017-ci ilin martında əfv edilib


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo