13:24, 21 Oktyabr 2017 (Şənbə) 67

Müsavat Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək

Müsavat Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək
Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verəcək.

Bunu partiyanın başqanı Arif Hacılı deyib.

O bildirib ki, buna səbəb BŞİH-in Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşə razılıq verməməsidir. 

İcra hakimiyyəti yürüşün göstərilən yerlərdə-"Elmlər Akademiyası" və "Azadlıq prospekti" metrostansiyalarının yaxınlığında deyil, Yasamal rayonundakı keçmiş "Məhsul" stadionunda keçirilməsini təklif edib.