20:58, 21 Noyabr 2017 (Çərşənbə axşamı) 26

Muqabe istefa verdi

Muqabe istefa verdi
Zimbabve prezidenti Robert Muqabe istefaya gedib.

Bu barədə noyabrın 21-də ölkə parlamentinin spikeri məlumat verib.

O, deyib ki, Muqabe parlamentin impiçment qərarından sonra bu addımı atıb.
 

Bir qədər əvvəl Zimbabve parlamenti prezident Robert Muqabeyə impiçment elan edib.

Prezidentə səlahiyyətlərini təhvil vermək üçün bir sutka vaxt verilib.

Noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb.