Siyasət

Ümumrusiya Azərbaycan Konqresi etiraz bəyanatı yayıb

13 Yanvar, 2017
703
Ümumrusiya Azərbaycan Konqresi yanvarın 10-da Rusiya Federasiyasının Soçi şəhərində start götürən 28-ci Beynəlxalq KVN festivalına Dağlıq Qarabağ separatçı rejimini təmsil edən komandanın dəvət edilməsi ilə bağlı Rusiyadakı Azərbaycan diasporu adından bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bəyanatda bildirilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, dünyanın heç bir ölkəsi "Dağlıq Qarabağ Respublikası" adlı ölkə tanımır və buna görə də festivala qondarma respublikanın komandasının dəvət olunması Azərbaycanda olduğu kimi, Rusiyada yaşayan azərbaycanlıların da kəskin narazılığına səbəb olub.

"Rusiya Federasiyası dünyanın ən böyük çoxmillətli dövlətlərindən biridir. Onun ərazisində 193 millətin nümayəndəsi yaşayır. Rusiyanın milli siyasətinin məqsədlərindən biri də etnik və millətlərarası münasibətlərin harmoniyasını təmin etməkdir. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə öz çıxışında bildirib ki, tarixən yüzlərlə millət və etnik qrupların ümumi evi sayılan Rusiya üçün millətlərarası anlaşma dövlətin mövcudluğu üçün prioritet və ən vacib şərt sayılır. Rusiya Prezidentinin bu fikirləri bizlərdə böyük ümidlər yaradır, lakin indi biz bir daha Azərbaycana qarşı təxribatın şahidi olduq”- deyə bəyanatda bildirilir.

Həmçinin vurğulanır ki, qondarma respublikadan olan komandanın KVN festivalında iştirak etmək üçün Rusiya Federasiyasının sərhəddini keçməsi özü "Rusiya Federasiyasının dövlət sərhədləri haqqında” qanunun kobud şəkildə pozulması deməkdir. Bununla əlaqədar, Ümumrusiya Azərbaycan Konqresi etnik zəmində qarşıdurmaya yol verilməməsi üçün aidiyyatı qurumları müvafiq tədbirlər görməyə, həmçinin, Rusiya Federasiyasının bütün dövlət və ictimai təşkilatlarını Rusiyada millətlərarası münasibətlərin gərginləşməsinə səbəb ola bilən hər hansı bir addımların atılmasının qarşısını almağa çağırıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo