Siyasət

"Mülkümü zorla əlimdən alırlar" - Lənkəranlı müsavatçı

10 Yanvar, 2018
1169
Lənkəranın Liman şəhər sakini İman Əliyev deyir ki, yerli icra orqanları mülkünü zorla əlindən almağa çalışırlar.

Toplum.Tv-yə danışan İman Əliyevin sözlərinə görə, 31 il işləyib, payçı olduğu əmlakı 2004-cü ildə özəlləşdirib. Ancaq 13 il sonra rayondakı vəzifəli şəxslər bu mülkün saxta yolla özəlləşdirildiyini iddia edirlər. 

Bu məqsədlə İman Əliyevi məhkəməyə veriblər. 

Müsavat Partiyasının Lənkəran Təşkilatının sədri olan İman Əliyev iddia edir ki, onun əmlakı ilə bağlı belə problemin yaşanmasında siyasi motiv var: "Liman şəhər icra nümayəndəsi Bəxtiyar Səfərov, Balıqçılar qəsəbəsi üzrə icra nümayəndəsi Məlikməmməd Abışov, Liman şəhər 1 saylı məktəbin direktoru Əlövsət Qurbanov və əvvəllər müəllim işləmiş, indi isə oğlu vəzifədə olan Siyavuş Süleymanlı dükanımla bağlı iddia qaldırıblar. İddia edirlər ki, obyekt o vaxt saxta yolla özəlləşdirilib. Adını çəkdiyim şəxslərin yadına indi düşüb ki, obyekti özəlləşdirməyimlə guya onların hüquqlarını tapdalamışam. Halbuki bu iddiaların hamısı böhtan və göstərişdir. İttihamlarla razılaşmadım və məhkəmə bir həftəlik təxirə salındı".

İ.Əliyev deyir ki, obyektin bütün sənədləri olsa da, iddiaçılar saxta sənədlər düzəldib ona məqsədli təzyiq edirlər: "Liman şəhər icra nümayəndəsi olan Bəxtiyar Səfərov bildirir ki, guya 5-6 ay bundan öncə obyektin özəlləşdirilməsindən xəbər tutub. Halbuki mən obyekti 2004-cü ildə alıb, iki illik mübarizədən sonra 2006-cı ildə reyisterdən qeydiyyatdan keçirmişəm. Hər il də icra nümayəndəsinə reyisterdəki qeydiyyatın surətini vermişəm. Onlar da biliblər ki, sözügedən obyekt mənim adımadır. Amma həmin şəxs məhkəmədə bildirir ki, guya onun bundan xəbəri olmayıb. Burada əsas məqsəd məni təhdid edib, geri çəkilməyə məcbur etməkdir. Rəsmən mülkümü əlimdən almaq istəyirlər. Siyasi sifariş olduğu da ortadadır".

Müsavatçı son iki ayda bir neçə dəfə təzyiqə məruz qaldığını deyir: "Yaşlı adamam. Məqsədli şəkildə çək-çevirə salıblar. Son iki ayda bir neçə dəfə davamlı təzyiqə məruz qalmışam, indi də xəbərim olmadan məhkəməyə verilmişəm. Bu gün məhkəmə keçirildi. Xahiş elədim ki, vaxt versinlər. Nəhayət, uzun söhbətdən sonra məhkəmə gələn çərşənbəyə qədər təxirə salındı. Bu işlərin arxasında Lənkəran Şəhər İcra Hakimiyyəti, Liman Şəhər İcra nümayəndəliyi dayanır. Digər icra nümayəndəlikləri və məktəb direktoruna da icra hakimiyyəti təzyiq edib. Hazırda repressiya ilə üz-üzəyəm. Bir neçə gün öncə yerli icra nümayəndəsi oğluma da zəng edərək hədə-qorxu gəlib, təhdid etmişdi. Bu barədə mətbuata da məlumat vermişdim. İddiaları başdan saxtadır, payçı kimi onların heç bir haqqı yoxdur, çünki heç "Azərittifaq"ın işçisi də olmayıblar". 

Lənkəran Şəhər İcra Hakimiyyətin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva ilə əlaqə saxlasaq da, məsələyə münasibət bildirmədi. Liman şəhər icra nümayəndəsi Bəxtiyar Səfərov isə suallarımızı cavablandırmaqdan imtina edib: "Bu barədə danışmaq istməmirəm". 

Dekabrın 2-də Müsavat Partiyası Lənkəran təşkilatının sədri İman Əliyev polisə aparılıb. 

Onunla bağlı polisə icra başçısı şikayət edib. Bu barədə İman Əliyev özü məlumat verib. O bildirib ki, polisə çağırılmasının səbəbi  Müsavat Partiyasının Lənkəran Təşkilatının konfransının evində keçirilməsi olub. 

Dekabrın 20-də isə İman Əliyevdən yenidən polisə çağırılıb. İ.Əliyevin verdiyi məlumata görə, hansısa vətəndaş polisə şikayət edib ki, guya onu zorla partiyaya üzv etmək istəyiblər.

O, təziqlərin rayon təşkilatının konfransının evində keçirilməsindən sonra başladığını deyib. İddia edib ki, icra nümayəndəsinin müavini həmin vaxt evinə gələrək həyətyanı torpaq sahəsinin, evinin və dükanının şəklini çəkib. 

Ofelya Ramilqızı
Toplum.TV 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo