20:07, 09 Mart 2018 (Cümə) 126

Müharibə veteranları üçün 300 min manat ayrılıb

Müharibə veteranları üçün 300 min manat ayrılıb
Prezident İlham Əliyev müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"-un verdiyi xəbərə görə, sərəncamla Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün Prezidentin ehtiyat fondundan bu quruma 300 min manat ayrılıb.