16:38, 05 Oktyabr 2018 (Cümə) 279

''Müəllimlərə güzəştli ipoteka verilsin'' - deputat

''Müəllimlərə güzəştli ipoteka verilsin'' - deputat
Oktyabrın 5-də Milli Məclisin iclasında deputat Qənirə Paşayeva müəllimlərin də güzəştli ipotekadan yararlanan kateqoriyaya daxil edilməsi barədə təklif verib. O bildirib ki, müəllimlərlə görüş zamanı onlar belə təkliflər səsləndirirlər.

"İlkin olaraq ən azı 20 il stajı olan müəllimlərin bundan yararlanması mümkün olsa, yaxşı olardı. Çünki gənc müəllimlər sosial mənzil layihəsindən yararlana bilərlər. Amma çox stajlı müəllimlər güzəştli ipotekadan yararlana bilsələr, yaxşı olar. Bu, onlar üçün ən böyük bayram hədiyyəsi olardı”.

Dəyişiklik bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırlması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədilə hazırlanıb.

Dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəalarının hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanması, onun notariat qaydasında təsdiqlənməsi və digər prosedurlarların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.