Sosial

“MTN işi”: prokuror 11 nəfərə cəza istədi

22 Fevral, 2018
714
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş idarə və idarə rəisləri olmuş general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, eləcə də həmin idarələrin digər zabitləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

"Report”un məlumatına görə, fevralın 22-də Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Sübahir Qurbanov və Teymur Quliyevin hər birinin 16 il, Füzuli Əliyevin 15 il, Zaur Məmmədov və Natiq Alıyevin hər birinin 14 il, Natavan Mirvətovanın 12 il, Elşad Əzizovun 8 il, Fərhad Atayev, Anar Şirəliyev və Eşqin Əliyevin hər birinin 7 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Daha sonra dövlət ittihamçısı təqsirləndirilən şəxslərin rütbədən azad edilməsi üçün aidiyyəti instansiyalara təqdimat göndərilməsini, zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanuna uyğun qərar verilməsini, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin təqsirləndirilən şəxslərə qarşı 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə edilməsini istəyib.

Müdafiə tərəfinin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyiblər.

Novbəti məhkəmə prosesi martın 1-nə təyin olunub.

Adıçəkilən MTN zabitləri 2015-ci ilin payızında məsuliyyətə cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə, külli miqdarda əmlak ələ keçirmək məqsədilə hədə-qorxu yolu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər maddələri ilə təqsirli bilinirlər.

Natavan Mirvətovanı çıxmaq şərtilə təqsirləndirilən şəxslərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib.

2015-ci ildə MTN-in tutulan başqa zabitlərinin məhkəməsi bundan əvvəl yekunlaşıb. Bütün işlərə Bakı Hərbi Məhkəməsində baxılıb.

2015-ci ildəki həbslərdən bir neçə ay sonra, ilin sonunda Milli Təhlükəsizlik Nazirliyi ləğv olunub, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo