13:39, 12 Aprel 2018 (Cümə axşamı) 290

MSK son nəticələri elan etdi

MSK son nəticələri elan etdi
Sayılmayan 27 bülleten qalıb
 
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov aprelin 12-də dünən keçirilən növbədənkənar prezident seçkisinin nəticələrini elan edib.
Məzahir Pənahov keçirdiyi mətbuat konfransında söyləyib ki, 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsinin hamısı hesabat verib.
 
"3 milyon 962 min 123 bülletendən 3 milyon 962 min 96 bülleten sayılıb”.
MSK sədri bildirib ki, bülletenlərə əsasən, İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.
 
Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabr ayında keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə növbədənkənar prezident seçkiləri aprelin 11-ə təyin edilmişdi.
 
Prezidentliyə səkkiz nəfər namizəd var idi - hazırki dövlət başçısı İlham Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədov, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi AXC Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Razi Nurullayev.
Müxalifət partiyaları seçkini boykot ediblər.
 
Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçilib.
 
meydan.tv