21:02, 11 Aprel 2018 (Çərşənbə) 287

MSK-dan seçici fəallığı ilə bağlı son açıqlama - (YENİLƏNİR)

MSK-dan seçici fəallığı ilə bağlı son açıqlama - (YENİLƏNİR)
Demokratik Təşəbbüslər İnstitutu: "Seçici fəallığı süni şəkildə şişirdilib"
 
MSK ilk məlumatları açıqlayıb. Məlumatlarda deyilir: 

 20.57

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib  ki, 5 milyon 314 min 365 seçicidən 3 milyon 959  min 553 nəfəri səs verib.
 
Beləliklə, prezident seçkilərində seçici fəallığı 74,51 faiz olub.

***

17.31. Saat 17:00-dək 3 milyon 716 min 135 nəfər seçicinin səs verdiyi bildirilib. MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucovun sözlərinə görə, bu seçicilərin 69.93 faizi deməkdir.

***

16.15. Prezident seçkilərində saat 15:00-dək olan seçici fəallığı açıqlanıb. MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 15:00-a qədər 3 milyon 227 min 817 nəfər səs verib. Onun sözlərinə görə, seçkidə 60,74 faiz seçici iştirak edib.

***

12.55. MSK seçici fəallığının 40 faizə çatdığını bəyan edib

"Saat 12:00-a 2 milyondan çox seçici səs verib”

Növbədənkənar prezident seçkilərində saat 12:00-dək olan seçici fəallığı barədə məlumat verilib.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12:00-a qədər 2 milyon 93 min 343 nəfər səs verib ki, bu da ümumi seçicilərin 39,39 faizi deməkdir.

***

Mərkəzi Seçki Komissiyası saat 10:00-a olan seçici fəallığı barədə məlumat yayıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-a qədər 994 min 196 nəfər səs verib ki, bu da seçicilərin 18,71 faizi edir.

Seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfər təşkil edir.

Səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və 19:00-da bitəcək.///Meydan.tv
 
Demokratik Təşəbbüslər İnstitutu "Facebook” səhifəsində paylaşdığı məlumatda isə, seçici fəallığının aşağı olduğu və rəqəmlərin MSK tərəfindən süni şəkildə şişirdildiyi bəyan edilib. 

Belə ki, məlumata görə, vebkamera ilə müşahidə zamanı 12 saylı seçki dairəsinin 14 saylı məntəqəsində saat 13:35-a seçki qutusunda çox az bülletenin olduğu görünür.

"MSK-nın açıqladığı rəqəmə görə isə guya saat 12-yə 309 nəfər səs verib. Görüntülərdən aydın olur ki, seçici fəallığı süni şişirdilir. Siz o qutuda heç 100 səs görürsüz?”

Digər bir məlumata görə isə, 8 saylı Binəqədi 1-ci Seçki Dairəsinin 19 saylı Məntəqəsinə vebkamera elə quraşdırılıb ki, nə müşahidəçi, nə komissiya üzvü, nə də səs verənlərin şəxsiyyəti görünmür.
 
13 SAYLI XƏZƏR-PİRALLAHI / MƏNTƏQƏ 16, saat 16-da qutulara baxanda maksimum 200 ola biləcək səs sayı MSK-nın saat 15:00 açıqladığı rəqəm 665-a yüksəlib.



14 SAYLI XƏZƏR/MƏNTƏQƏ 27, Vebkameradan saat 16:10-dakı qutunun içindəki saya baxsaq, maksimum 200 görundüyü halda, MSK-nin saat 15:00-dakı açıqladığı rəqəm isə 882...