14:27, 02 Fevral 2018 (Cümə) 205

MSK Peskovu danladı

MSK Peskovu danladı


/ DÜNYA
Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova Rusiya prezidenti Valdimir Putinin mətbuat katibi Dmitri Peskova irad tutub.
E.Pamfilova bunu belə izah edib ki, prezidentliyə namizədlərdən birinin xeyrinə olan təşviqat elementlərinin yer aldığı bəyanatlara icazə verilmir.

MSK sədri konkret fakta da istinadən edərək təşviqat aparıldığını bildirib: "Yanvarın 29-da Peskovun prezidentliyə namizədlərdən birini qiymətləndirməsi ilə bağlı açıqlaması yayılıb... Orada dəqiq təşviqat var”.

Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.