Siyasət

MSK növbədənkənar seçkini təyin etdi

6 Fevral, 2018
787
Fevarlın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

İclasda növbədənkənar prezident seçkisinin təyin edilməsi məsələsinə baxılıb.

Fevralın 5-də prezident İlham Əliyev "Növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda MSK-ya növbədənkənar seçkinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

MSK-nın 6 fevral iclasında bu məsələ müzakirə olunub. MSK sədri Məzahir Pənahov deyib ki, prezidentin növbədənkənar seçki elan etmək səlahiyyəti var.

Məsələ səsə qoyularaq qəbul edilib. Beləliklə, MSK-nın qərarına əsasən aprelin 11-nə ölkədə növbədənkənar prezident seçkisi təyin olunub.

"Report”un məlumatına görə, iclasda 11 aprel seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı da qəbul edilib.

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb.

Namizədlərin qeydə alınması ilə bağlı təqdim olunan imza vərəqələrinin yoxlanması üçün MSK nəzdində işçi qrupu da yaradılıb. Qrupa rəhbərlik MSK üzvü Etibar Quliyevə tapşırılıb.

APA-nın məlumatına görə, prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi fevralın 27-dən martın 12-dək davam edəcək.

Təqvim planına əsasən, Azərbaycanın bütün ərazisində seçki müşahidəsinin aparılması üçün ərizələr MSK-ya aprelin 1-dək təqdim olunmalıdır.

Seçki dairəsi ərazisində müşahidələrin aparılmasına dair ərizələr aprelin 6-dək dairə seçki komissiyalarına təqdim edilə bilər.

Seçici siyahılarında əlavə və dəqiqləşdirmələrin aparılması martın 7-dək davam edəcək.

Seçkiqabağı təşviqatın aparılması martın 19-u başlanacaq, aprelin 10-u saat 08.00-da dayandırılacaq.

Seçki bülletenlərinin hazırlanması aprelin 1-dək başa çatacaq.

Səsvermə protokollarının dairə seçki komissiyalarına, oradan da məntəqə seçki komissiyalarına verilməsi prosesi aprelin 7-dək yekunlaşmalıdır.

MSK Katibliyinin İnformasiya Mərkəzi səsvermə günü – aprelin 11-də seçici fəallığı ilə bağlı ilkin məlumatları gün ərzində 5 dəfə – saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da açıqlayacaq.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo