Manşet

Mosul İŞİD-dən xarabalıq halında alındı

20 İyul, 2017
1149
İraqın ikinci böyük şəhəri olan Mosulu İŞİD teror qruplaşmasından xilas etmək üçün həyata keçirilən əməliyyatdan sonra havadan çəkilən Mosulun köhnə və yeni şəkillərində şəhərin necə xarabalığa çevrildiyi görsənir.

Toplum.tv xəbər verir ki, "Dijital Club” tərəfindən paylaşılan şəkillərdə Mosulun 2015 və 2017-ci illərdə  çəkilmiş görüntüləri müqayisə edilib. 

Şəhərin Qərb tərəfinin hərbi əməliyyatlardan sonra 5 ayrı önəmli yerinin şəkilləri  şəhərin necə xarabalığa çevrildiyni əyani göstərir. Havadan çəkilən şəkillərdə, Mosul Oteli və Dəclə çayı sahilində xəstəxana, Mosul Xəstəxanasının cənub-qərbi, Böyük Nuri məscidi və ətrafı, Dəclə çayı üstündəki 5-ci Mosul köprüsü və köhnə Mosul köprüsünün 2015 və 2017-ci illərdəki şəkilləri müqaiysə edilib. 

İŞİD İraqın ikinci böyük şəhəri Mosulu 2014-də ələ keçirmişdi. İraq ordusu və peşmərgə ABŞ-ın rəhbərliyində beynəlxalq koalisya güçləri ilə 17 iyun 2016-cı ildə Mosulun İŞİD-dən alınması üçün əməliyyata başlatmışdılar.  

Qara Məhəmmədoğlu
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo