Siyasət

"Moskva "əzələ nümayiş etdirir"" - Trump-ın BMT səfiri

19 Yanvar, 2017
764
Donald Trump-ın ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə namizədi yanvarın 18-də Senatda keçirilən təsdiq dinləməsində Rusiyanı kəskin tənqid edərək deyib ki, Moskvaya inanmaq olmaz. Lakin o eyni zamanda bildirib ki, Kremllə "antiterrorizm və başqa məsələlərdə” əməkdaşlıq mümkündür.

Cənubi Karolina ştatının qubernatoru 44 yaşlı Nikki Haley deyib ki, Moskva "əzələ nümayiş etdirir” və "sərhəd tanımır”.

"Düşünmürəm ki, biz onlara etibar edə bilərik, - deyib xanım Haley, - Düşünürəm ki, biz onlara nəyisə verərkən onlardan əvəzində nə alacağımızı əvvəlcədən bilməliyik”.

Maraqlıdır ki, seçki kampaniyası zamanı Nikki Haley Trump-ı tənqid edirdi və hətta onun rəqibi respublikaçı Marko Rubio-nu dəstəkləyirdi.

Senat onu təsdiq edərsə, diplomatiya sahəsində demək olar təcrübəsi olmayan Haley BMT-nin səfiri vəzifəsində Rusiyanın Suriyaya müdaxiləsini və Krımın ilhaqını kəskin tənqid edən Samantha Power-i əvəz etməlidir.

Senat dinləməsində xanım Haley deyib ki, Krım-ı Ukrayna ərazisi hesab edir. Bu, əslində BMT-nin 100-dən çox ölkəsinin mövqeyidir.

Nikki Haley deyib ki, Moskva öz kursunu dəyişməsə, Rusiya üzərinə Ukraynaya müdaxiləyə görə qoyulmuş sanksiyalar saxlanmalıdır.

Haley habelə deyib ki, Rusiya Suriyada, xüsusən də Hələbdə törətdiyi "dəhşətli qırğınlara” görə məsuliyyət daşıyır.

Lakin BMT səfirliyinə namizəd bunu da əlavə edib ki, ABŞ terrorla mübarizədə Kremlin dəstəyinə çalışmalıdır.
 
mənbə: azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo