Siyasət

Mitinq üçün müraciət edildi

30 Yanvar, 2019
916
Qarabağ Komitəsi fevralın 16-da keçirmək istədiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Fevralın 16-sı paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirmək qərarı Qarabağ Komitəsinin 23 yanvar iclasında qəbul olunub.

Novator.az-ın məlumatına görə, təşkilatçıların yanvarın 30-u Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətdə bildirilir ki, 16 fevral aksiyasını saat 15-dən 17-dək 10 min nəfərin iştirakı ilə keçirmək nəzərdə tutulur.

Mitinqdə bu şüarların səsləndiriləcəyi qeyd olunur: "Qarabağa azadlıq!”, "Ya Qarabağ, ya ölüm!”, "Qarabağ bizimdir, bizim qalacaq!”, "Təslimçi sülhə yox!”, "Qarabağda antiterror əməliyyatının başlanmasını tələb edirik!”, "Köçkün və qaçqınların yurda qayıdışı təmin edilsin!”, "Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!”

2018-ci il sentyabrın 29-da Qarabağ Komitəsi İdman-Sağlamlıq Kompleksinin stadionunda oxşar şüarlarla mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti komitənin noyabrın 24-nə və dekabrın 15-nə təyin etdiyi analoji mitinqlərə razılıq verməyib.

Bir qrup ictimai-siyasi xadimin ötən il yaratdığı Qarabağ Komitəsinin İdarə Heyətinə Pənah Hüseyn, İsgəndər Həmidov, Mirmahmud Mirəlioğlu, İlham İsmayıl, Akif Nağı, Tural Abbaslı, Əvəz Zeynallı, Sahib Kərimli, Taleh Əliyev daxildir.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün hərbi təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı "müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo