Siyasət

Mitinq mövzusu yenidən gündəmdə - MÜNASİBƏT

27 Mart, 2017
1659
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) təsisçisi, hazırda xaricdə yaşayan Emin Hüseynov və digər ictimai fəallar müxalif partiyalara Mehman Hüseynova, eləcə də bütün siyasi məhbuslara azadlıq şüarı altında birgə mitinq təklifini irəli sürüb.

Maraqlıdır, siyasi düşərgənin nümayəndələri bu mitinq təklifini necə dəyərləndiriblər?

"Mitinqin keçirilməsi məqsədəuyğun olardı”

Müsavat başqanının müavini  Elman Fəttah hesab edir ki, mitinqlərin keçirilməsi üçün kifayət qədər əsaslar var: ”Bu mitinq mövzusunun ictimai müzakirəsinə səbəb siyasi məhbusların, xüsusilə  RATİ-nin rəhbəri Mehman Hüseynovun həbsidir. Emin Hüseynov mitinq keçirilməsi ilə bağlı təkliflə Müsavat Partiyasına və digər təşkilatlara müraciət edib. Müsavat Partiyasının başqanı Arif Hacılı bu təklifi müsbət dəyərləndirib. Digər təşkilatların bu təklifi necə dəyərləndirdikləri mənə məlum deyil. Müsavat Partiyası mövzunu keçən Divan iclasında müzakirə edib və müsbət münasibət bildirib. Ümumiyyətlə, ölkədəki vəziyyətlə əlaqədar birgə kütləvi aksiyaların keçirilməsi məqsədəuyğun olardı. Təəssüf ki, bu mövzuda digər təşkilatların mövqeyi hələ də aydın deyil”.
Image result for Elman Fəttah arqument.az
Elman Fəttah hələlik mitinqlərin təyinatı, günü ilə bağlı qəti müzakirə getmədiyini qeyd edib: "Mitinqin ictimai qaydada müzakirəsinə əsas səbəb Emin Hüseynovun siyasi məhbuslarla bağlı birgə aksiyanın keçirilməsi təklifidir. Hazırda ölkə böhran vəziyyətindədir, refenrendumdan sonrakı təyinatlar biabırçıdır. Bütün bunların hamısı sosial narazılığı, ictimai etirazı doğuran hallardır. Amma mitinqin nə zaman keçiriləcəyi isə tamamilə başqa mövzudur”.

"Siyasi təşkilatlar cizginin hər iki tərəfini analiz etməlidirlər”

REAL Hərəkatının icra katibi  Natiq Cəfərli etirazı etmək hüququnun hər bir Azərbaycan vətəndaşının, siyasi təşkilatların konstitusion hüququ olduğunu xatırladıb:
 Image result for Natiq Cəfərli
"Cəmiyyətdə etirazla bağlı sosial sifariş olsa və bununla bağlı müəyyən etiraz dalğası yaranacaqsa, bu, təbii haldır  və insanların konstitusion haqqıdır. Söhbət ondan  gedir ki, mitinqin mövzusu, gündəmi və irəli sürüləcək tələblər və təkliflər ciddi müzakirə ortamından keçdikdən sonra qərar verilməlidir. REAL Hərəkatı isə nə təklikdə, nə də siyasi təşkilatlarla birlikdə mitinq keçirmək fikrindədir. Bununla belə, bütün təklif və müzakirələrə açığıq. Dediyim kimi, etiraz haqqı fundamental haqlardan biridir və siyasi təşkilatlar bu haqdan cəmiyyətin nəbzini yoxlamaq üçün zaman-zaman istifadə etməlidirlər. Hər hansı sosial, iqtisadi problemlərlə bağlı cəmiyyət özü-özlüyündə belə bir etiraz etmə potensialını ortaya qoymağa çalışacaqsa, siyasi təşkilatların işi həmin aksiyaları dinc məcraya yönəltmək və xaosun qarşısını almaqdan ibarət olmalıdır. Burada ciddi cizgi var, bu cizginin hər iki tərəfində siyasi partiyalar  və təşkilatlar dəqiq dəyərləndirmələr aparmalıdırlar. Sosial sifariş cəmiyyətdən gələcəksə, REAL Hərəkatı siyasi təşkilat olaraq bu etiraz aksiyalarında iştirak edə bilər”.

"Əsas məsələ siyasi məhbuslara fərq qoymadan mitinq keçirməkdir”

Milli Şuranın koordinasiya mərkəzinin üzvü Oqtay Gülalıyev ümumixalq mitinqlərini əsas meyar götürdüklərini deyib:
 Image result for Oqtay Gulaliyev
”Milli Şura siyasi məhbusların azadlığa buraxılması tələbi ilə artıq bir neçə dəfə mitinq keçirib. Əsas şüarlarımız "Talana və yalana son”, "Siyasi məhbuslara azadlıq” olub. Milli Şura olaraq hər zaman siyasi məhbusların müdafiə olunması, onlarla bağlı tədbirlərin keçirilməsi məsələlərini gündəmdə saxlamışıq. Bu gün də eyni məsələlər gündəmdədir. Keçən iclasda mitinqlə bağlı məsələlər müzakirə olunub, iclasın gündəmi isə siyasi məhbuslara azadlıq tələbi idi. Hesab edirik ki, siyasi məhbuslara fərq qoymadan mitinq keçirmək əsas məsələdir. Biz Milli Şura olaraq 160-dan çox siyasi məhbusu müdafiə edirik, eyni zamanda ölkədəki sosial problemlərini həllini tələb edirik. Mitinq barədə müzakirələr davam edir, müvafiq qərar çıxarıldıqdan sonra ictimaiyyətə açıqlanacaq. Mitinq keçirmək qərarı alınarsa, konkret yer, tarix və şüarlarla bağlı ətraflı məlumat veriləcək. Milli Şura keçirdiyi aksiyalar öncəsində bütün ictimai-siyasi təşkilatlara, xalqa müraciət edir, onları bu aksiyalarda fəal iştiraka səsləyir. Hesab edirəm ki, əvvəlki praktikaya uyğun olaraq bundan sonrakı mitinqlər öncəsində ictimaiyyətə müraciət olunacaq. Milli Şura hazırda konkret olaraq hansısa partiya ilə danışıq aparmır. Bizim mitinqlərimiz hər zaman ümumxalq xarakter daşıyıb, bundan sonra bu konteksdə davam edəcək. Situasiyaya uyğun olaraq hər hansı müraciət olarsa, dəyərləndirilib, müzakirə oluna bilər”.

"Müxalifətin mitinqi Azərbaycan üçün qeyri-adi hadisə deyil”

Deputat Aydın Mirzəzadə Azərbaycanın demokratik dövlət olduğunu və müxalifətin mitinq keçirməsinin gərəksizliyini vurğulayıb:
 Image result for Aydın Mirzəzadə
"Azərbaycanın daxilində qeydiyyatda olan təşkilatlar istədikləri formada fəaliyyət göstərə bilərlər. Onların mitinq keçirməsi Azərbaycan üçün qeyri-adi hadisə deyil, həmin partiya dəfələrlə Bakıda və regionlarda kütləvi aksiyalar keçirə biliblər. Hakim partiya olaraq hesab edirik ki, bu gün mitinq keçirməyə ehtiyac yoxdur. Cəmiyyətin qarşısında duran məsələlər iqtidar tərəfindən həll edilir. Ölkə inkişafdadır, vətəndaşların hüquq və azadlıqları qorunur. Ortaya çıxan cari problemlər isə daim diqqətdə saxlanılır. Əgər hansısa müxalif partiya mitinqin vacibliyini hesab edirsə, keçirsin. Ancaq bu mitinq cəmiyyət tərəfindən nə qədər dəstəklənəcək və sosial bazasını ortaya qoyacağı bəlli deyil. 100-200 , 10 min nəfərlik mitinq keçirmək hələ böyük güc olmaq demək deyil. Azərbaycanda 10 milyonluq əhalinin yarısı seçicidir və bir neçə yüz vətəndaşla stadionda mitinq keçirmək siyasi gücə dəlalət etmir. Azərbaycanda siyasi məhbus problem yoxdur. Əgər  müxalifət olmayan problemi görürsə, buyursun, mitinqlər keçirsin, iddialarını isbat etsin. Nəticəyə görə hakim partiya olaraq öz fikrimizi deyəcəyik. Hesab edirəm ki, bu mitinqlər baş tutsa belə, nəticə verməyəcək”.

Ötən ilin noyabr ayında Azərbaycanda Siyasi Məhbusların vahid siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbus siyahısını açıqlamışdı. Siyahıda "Siyasi məhbus” hesab edilən şəxslərin sayı 119 nəfərdir. Oktyabrda açıqlanmış siyahıda "Siyasi məhbus” sayılan şəxslərin sayı 94 nəfər idi. Onlardan 6-sı jurnalist və bloger, 2-si şair və yazar, 1-i hüquq müdafiəçisi, 5-i gənc fəal, 5-i siyasətçi, 86-sı inanclı fəal, 3-ü isə ömürlük həbs olunma cəzasına məhkum olunmuş məhbuslardır.11 nəfərin adı isə qeyd olunan kateqoriyaların heç birinə aid olmadığı üçün digər siyasi motivlə həbs olunan şəxslər qrupuna daxil edilmişdi. Novruz bayramı ərəfəsində imzalanan əfv sərəncamı ilə həmin siyahıda adı olan 5 nəfər azadlığa çıxdı.

Ofelya Ramilqızı
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo