19:50, 11 Dekabr 2017 (Bazar ertəsi) 38

Misirdə nüvə stansiyasının tikintisinə dair saziş imzalanıb

Misirdə nüvə stansiyasının tikintisinə dair saziş imzalanıb
Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında əlaqələrin genişləndirilməsi və regional məsələlərin müzakirəsi üçün misirli həmkarı ilə paytaxt Qahirədə görüşüb.

"Azadlıq Radiosu"nun verdiyi xəbərə görə, dekabrın 11-də Misir prezidenti Abdel Fattah al-Sisi ilə görüşündən sonra Putin deyib ki, Rusiya prinsip etibarilə Misirə sərnişin uçuşlarının bərpasına hazırdır və bu barədə razılaşmanın yaxın gələcəkdə imzalanacağı gözlənilir.

Putinin Misirə səfəri zamanı habelə iki ölkə arasında Misirin ilk nüvə stansiyasının tikintisinə başlanmasına dair saziş imzalanıb.

Rusiyanın dövlət nüvə şirkəti Rosatom bildirib ki, Aralıq dənizi sahilində yerləşən Dabaa nüvə stansiyasının 4 reaktoru olacaq və ümumi dəyəri 21 milyard dollarlıq bu qurğunun tikintisi 2028-2029-ci illərdə başa çatacaq.

Putin Misirə uçmazdan əvvəl Suriyaya elan edilməmiş səfərə gəlmiş və burada Rusiya qoşunlarının bu ölkədən çıxarılmasına başlandığını bəyan etmişdi.

Görüşün sonunda Rusiya prezidentinin Recep Tayyip Erdoğanla danışıqlar üçün Ankaraya gedəcəyi gözlənilir.