12:24, 14 Mart 2018 (Çərşənbə) 210

Miqrasiya Xidmətinin hesabatı

Miqrasiya Xidmətinin hesabatı
Ötən ay Dövlət Miqrasiya Xidməti qanunvericiliyin tələblərinin pozulmasına görə 1585 qərar qəbul edib. 

Rəsmi məlumata əsasən, 900 qərarda inzibati cərimə tətbiqi yer alır, 643 qərar ölkə ərazisinə girişə məhdudiyyəti nəzərdə tutur (495 halda ölkədən çıxarılma tətbiq olunub).

Müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması yönündə 10, qeydiyyata alınma və qeydiyyatdan çıxarılma ilə bağlı 32 qərar verilib.

Ay ərzində Dövlət Miqrasiya Xidmətinə 6421 müraciət daxil olub. Olduğu yer üzrə qeydiyyatla bağlı 43338 şəxsin müraciəti qeydə alınıb.