Dünya

“Minsk qrupunun həmsədrləri fəaliyyətsiz deyillər” - Lavrov

22 Fevral, 2017
668
"Rusiya Ermənistan və Azərbaycan prezidentlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə imzaladıqları sənədlərə uyğun olaraq Qarabağ münaqişəsinin qarşılıqlı məqbul sayılacaq həll yollarının axtarılmasının tərəfdarıdır”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
 
O bildirib ki, görüş zamanı Qarabağ tematikasına, danışıqlar prosesinin irəliləməsi üçün şəraitin yaradılmasına xüsusi diqqət yetirilib: "Güc tətbiqi ilə bağlı təhdidlər yolverilməzdir və sülh prosesinə zərbə vurur. Əgər doğrudan da Qarabağ münaqişəsi ilə bağlı qarşılıqlı məqbul sayılacaq həll yollarının axtarılmasına dair prinsipial anlaşmaya sadiqliyimizi nümayiş etdiririksə, hazırkı ATƏT-in Minsk formatına alternativ yoxdur. Bununla Azərbaycan və Ermənistan liderləri, beynəlxalq təşkilatların rəhbərləri razılaşıblar. Minsk qrupunun həmsədrləri fəaliyyətsiz deyillər. Münhen təhlükəsizlik konfransı zamanı qəbul edilən son bəyanatda sülh yolu ilə nizamlanmanın alternativsizliyindən, güc tətbiqinin yolverilməzliyindən bəhs olunur”.
 
Lavrov onu da əlavə edib ki, Dağlıq Qarabağ ətrafındakı emosional gərginliyin aradan qaldırılması üçün səylər davam etdiriləcək.
 
Nalbandyan isə bildirib ki, Münhendə hamı güc tətbiqinin yolverilməzliyi, eyni zamanda 1994 və 1995-cu illərdə atəşkəslə bağlı imzalanmış sənədlərin, habelə Peterburq və Vyana razılaşmalarının icrasının vacibliyi ilə bağlı eyni fikirdə olub. Onun sözlərinə görə, həmçinin əsir və meyitlərin qaytarılması ilə bağlı Həştərxan razılaşmaları xatırlanıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo