Siyasət

Milli Məclis deputatlara nəyi qadağan etdi? - ŞƏRH

20 Aprel, 2017
726
Milli Məclis üzvünün parlamentdaxili məsuliyyəti ilə bağlı tələblər artırılıb.

Belə ki, bu tələblər Azərbaycan Respublikası Milli Məclisi daxili Nizamnaməsinin 45-ci (Milli Məclis deputatının parlamentdaxili məsuliyyətinin əsasları) və 46-cı ( Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə təklif olunan yenilikdə göstərilib.

 Yeni əlavələrə görə, Milli Məclisin deputatları Azərbaycan  Konstitusiyasının 93-cü maddəsinin III hissəsinin tələblərini, xüsusən də deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını pozduqda cəzalandırılacaqlar. 

Maraqlıdır, Azərbaycan Parlamentində deputatların daxili intizam qaydalarını pozmasına tez-tez rast gəlinirmi? Belə deyilsə, bu əlavələr hansı zərurətdən doğub?

Sabiq deputat Gültəkin Hacıbəyli Toplum.tv-yə bildirib ki, bu, millət vəkillərinin davranış qaydalarına riayət etməməsindən doğan dəyişiklik deyil:
”Biz vaxtaşırı olaraq dünyanın müxtəlif ölkələrinin parlamentlərində deputatlar arasında mübahisələri görürük, hətta  mübahisələr əlbəyaxa döyüşlərə qədər gəlib çıxır. Tərəflər bir-birlərinə qarşı kəskin, ağır ifadələr işlədir. Türkiyə, Ukrayna, Hindistan, Gürcüstan parlamentlərində çox sərt ziddiyyətlərin şahidi olmuşuq. Ancaq onların heç biri deputatların mandatından məhrum edilməsi ilə nəticələnməyib. Azərbaycanda isə, ümumiyyətlə, belə hallar baş verməyib. Hüseyn Abdullayevin provokasiyaya çəkilərək deputat mandatından məhrum edilməsi epizodunu istisna etsək, belə bir hal xatırlamıram. Həmin provokasiyanın baş vermə səbəbi isə Hüseyn Abdullayevin hökuməti tənqid etməsi idi. Məhz həmin hadisə də bugünkü dəyişikliklərin mahiyyətinə işıq salır. Deputatlar cəzalanırlarsa, onlar hansısa etik davranış qaydalarını pozduqlarına, bir-birlərinə qarşı zor tətbiq etdiklərinə görə cəzalandırılmırlar. Deputatlar yalnız hökuməti tənqid etmək cəsarətində olduqları üçün cəzalandırılırlar. Hazırda parlamentə təklif edilən və müzakirəyə çıxarılan dəyişikliklərin əsas mahiyyəti onsuz da icra hakimiyyətinin əlavəsinə çevrilən parlamentin icra hakimiyyətindən bir az da asılı vəziyyətə salmaq, deputatları gözükölkəli etmək və onları mandat itirmək təhlükəsini hər an üzərlərində  hiss etməyə məcbur etməkdir. Azərbaycan hakimiyyəti bilir ki, ölkədə sosial durum pisləşir və deputatlar buna hansısa formada etiraz edə bilərlər. Bu baxımdan bu təkliflər onları əvvəlcədən mandatlarını itirmək qorxusu ilə üz-üzə qoyaraq bu addımdan çəkindirməyə xidmət edir. Hesab edirəm ki, bu, qeyri-demokratik bir addımdır. Məqsədi deputatları daha da səssiz, müti vəziyyətə gətirməkdir”.

Deputat Fazil Mustafa Azərbaycan parlamentində sözügedən halların baş vermədiyini nəzərə çatdıraraq bunun sadəcə olaraq qanuna əlavə olduğunu bildirib:
Deputat:
”Bu qanun konstitusiyaya instinad olnunaraq qəbul olunub. Burada deputatın hansı formada davranmağının əsasları göstərilir. Əvvəllər bu ayrı-ayrı qanunlarda var idi, indi isə bu, vahid bir qanunda təqdim edildi. Deputatların etik davranışlarında hazırda heç bir problem yoxdur. Bu, sadəcə vahid formada qanuna əlavə olunub”.

Hüquqşünas Ələsgər Məmmədli bu müddəanın yeni olmadığını, ümumiləşdirmə olduğunu deyir:
 
”Əslində Milli Məclisin daxili Nizamnaməsinə əlavə olunan yeni müddəa 26 sentyabr 2016-cı il tarixində konstitusiyaya olunan yeni dəyişiklikdən sonra gündəmə gəlib. Çünki konstitusiyada deputatın məsuliyyəti məsələsi gündəmə gəldi.  Deputat etik pozuntaya yol verərsə, onun deputatlıq səlahiyəti əlindən alınmasına dair müddəa Konstitusiyaya əlavə olunub. Təbii ki, konstitusiyanın birbaşa hüququ olsa belə, bunun tənzimləyici norması da Milli Məclisin daxili Nizamnaməsidir. Amma bu, yenilik deyil, artıq bu Konstitusiyanın özündə var. Sadəcə, norma şəklində nizamnaməyə də daxil olub”.

Ofelya Ramilqızı
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo