Siyasət

Mətbuat Şurasının qərarı doğrudurmu? - Ekspertlər şərh edir

22 Aprel, 2017
592
Azərbaycan Mətbuat Şurasının (MŞ) Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılıb, tərkibi genişləndirilib.

Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. 

Onun sözlərinə görə, işə dövlət qurumları da cəlb olunub: "Sözügedən komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Artıq qərar qəbul olunub, hansısa şikayət daxil olarsa komissiya hərəkətə keçəcək”.

Ə. Amaşov bildirib ki, komissiyanın məqsədi reketçiliklə bağlı şikayəti tam araşdırmaq və jurnalistikanın bu məsələdə birtərəfli ittihamının qarşısını almaqdır: "Həmişə şikayət olur ki, jurnalist və yaxud mətbuat orqanı reketçilik edir. Amma bunun qarşı tərəfi də var axı... Yəni şantaj olunan məmur, təşkilat, yaxud dövlət qurumu. Məmurun nə marağı var ki, jurnalistə pul verir?
 
Elə məqam ola bilər ki, hansısa qurum, hansısa təşkilat mətbuat orqanını, jurnalisti ittiham edər. 

Əgər Mətbuat Şurasına bu sayaq şikayətlər daxil olarsa, komissiyaya qeyd olunan qurumların da nümayəndələri dəvət olunacaq və geniş şəkildə araşdırılacaq. İddiaların nə dərəcədə doğru olub-olmadığı, təşkilat rəhbərinin kimliyi, həmin o jurnalistlə bağlılığı, jurnalistlərə pul veribmi, verməyibmi – bunlar hamısı gün işığına çıxarılacaq.
 
Yəni komissiyanın tərkibinin genişləndirilməsi, ora dövlət qurumlarının da cəlb edilməsində məqsəd jurnalistikanın birtərəfli ittiham olunmasının qarşısını almaqdır”.

Şura sədri bildirib  ki, həmin komissiyada internet medianı Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü, Parlament Jurnalistləri birliyinin sədri Elşad Eyvazlı təmsil edəcək.

Bəs maraqlıdır, ictimai təşkilatın yaratdığı komissiyaya güc strukturları niyə qoşulur? 

Toplum.Tv bu suala cavab tapmaq üçün ekspertlərə müraciət edib. 

Ələsgər Məmmədli: "Hökumət nümayəndələri Mətbuat Şurasının yaratdığı komissiyanın üzvü ola bilməzlər" 

Ələsgər Məmmədli ile ilgili görsel sonucu

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli Toplum.Tv-yə Mətbuat Şurasında mövcud olan komissiyaya kənardan kiminsə müdaxilə etməsini doğru hesab etməyib: ”Mətbuat Şurası öz tərkibi çərçivəsində komissiya qura bilər. Amma hökumət Mətbuat Şurası ilə birgə komissiya qurmaq istəsə, bu, başqa bir məsələdir. Mətbuat Şurasının qurultayda seçilmiçş tərkibi var. Bu tərkibə jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri daxildir. Onlar iki formada olur. Bir Mətbuat Şurasının üzvü olan jurnalistlər var, bir də vətəndaş cəmiyyətinin təmsilçiləri.  Mətbuat Şurası içərisində bir qrup formalaşırsa, o, yalnız bu tərkibdən ibarət ola bilər. Amma hökumət nümayəndələri şuranın üzvü deyil. Ona görə də onlar Mətbuat Şurasının yaratdığı bir komissiyanın üzvü ola bilməzlər. Mətbuat Şurası "Jurnalistin etik kodeksinə” uyğun şəkildə şikayət zamanı jurnalistin etik davranıb-davranmaması məsələsini araşdırır.  Həmin şikayətdə etik məsələ yox, hüquq pozuntusu ortaya çıxırsa, artıq bu zaman şikayətçi tərəfə hüququnu məhkəmə orqanlarına müraciət etməklə qorumasını məsləhət görür. Lakin bəri başdan hökumətlə birgə komissiya qurması şuranın təməl prinsiplərinə ziddir. Bura dövlət nümayəndələrinin qatılması doğru yanaşma deyil”.

Xalid Ağəliyev: "Şura çiynini ona aid olmayan yükün altına verməklə yanlışlıq edir"


Media hüququ üzrə ekspert Xalid Ağəliyev reket jurnalistikasını jurnalistikanın yox, ölkədəki korrupsiyanın, rüşvətxorluğun problemi hesab edir: ”Reketçiliyin jurnalistikaya heç bir aidiyyatı yoxdur. Mətbuat Şurası ictimai qurum olaraq ictimai qınaq kimi alətlərdən yararlanmaqla mətbuatın problemləri ilə məşğul olmalıdır. Həm də Mətbuat Şurası istəsə belə, korrupsiyanın məhsulu olan reketçilik kimi təzahürləri aradan qaldıra bilməz. Reketlik cinayət əməlidir, onunla məşğul olmaq hüquq mühafizə qurumlarının işidir. Mətbuat Şurasının ”yeniliyinin” mətbuatın durumuna hər hansı müsbət təsirinin olacağını düşünmürəm. Şura çiynini ona aid olmayan yükün altına verməklə yanlışlıq edir”.

Şahvələd Çobanoğlu: "Reket jurnalistikası siyasi idarəetmənin nəticəsidir" 

Картинки по запросу şahvələd çobanoğlu

Jurnalist Şahvələd Çobanoğlu Mətbuat Şurasını Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin, o cümlədən, siyasi partiya olan YAP-ın əlavəsi olduğunu bildirib: "Mətbuat Şurasının onlarla işləməsi təəccüb doğurmur. Reket jurnalistikası ilə bağlı necə nəticə verəcək deyə soruşsanız, reket jurnalistikası jurnalistika olayı deyil. Bu, idarəçiliyin korrupsiyaya uğramasının nəticəsidir. Reket jurnalistlər oğru məmurlara qarşı hərəkətlər edirlər. Çünki bunlar başdan qanunsuzluğun, oğurluğun içindədirlər. Hər bir əməllərinə görə də, onların ətrafında kompramatlar dolanır. Və reket jurnalistlər bundan faydalana bilir. Reket jurnalistlər özlüyündə bir jurnalistika olayı olmadığı üçün onunla mübarizənin söz azadlığına heç bir əlaqəsi yoxdur. Bu, bir cinayətkarlıq yoludur və bu  cinayətkarlığı da doğuran siyasi idarəetmənin özüdür".

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə reketçiliyin yalnız jurnalistikaya aid məsələ olmadığını diqqətə çatdırıb: ”Burada məsələ reketçiliklə mübarizə kommisiyasının səlahiyyətlərinin artırılmasından gedir. Ora da müxtəlif KİV-lərin rəhbərləri dəvət olunur. Eyni zamanda hüquq-mühafizə orqanlarının- DİN-nin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri müəyyən məsələlərin  müzakirəsinə dəvət oluna bilərlər. Ancaq söhbət reketçilikdən gedir, reketçilik yalnız jurnalistikaya aid məsələ deyil, onun qarşı tərəfi , jurnalist məmur məsələsi də var. Burada məqsəd baş verən olaya tam olaraq aydınlıq gətiməkdir”.

Ofelya Ramilqızı
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo