Sosial

"Mətbuat bunu indi niyə gündəmə gətirir ki..." - Teleradio Şurası

7 Yanvar, 2017
1064
Azərbaycanda kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici telekanalların siyahısı təsdiqlənib. 

Kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici telekanalların siyahısını Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli təsdiqləyib.

"Teleradio Şurası ya bilərəkdən, ya da bilməyərəkdən çox yalnış bir sferaya çəkir Azərbaycan cəmiyyətini", - bunu isə ToplumTv-yə hüquqşünas və media eksperti Ələsgər Məmmədli Azərbaycanda təsdiqlənən retranslyasiya olunan xarici telekanalların siyahısını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, bu məsələdə diqqətçəkən iki məqam var: "Burada əsas diqqət cəlb edən 2 məqam var: Birincisi, ümumiyyətlə, Teleradiyo Şurasının belə bir siyahı müəyyən etmə səlahiyyətinin haradan doğduğudur. Çünki əgər söhbət retranslasiya olunacaq proqramlardan gedirsə, qanunda cəmi 5 yerdə retranslasiya adı keçir və bunun heç biri tənzimləyici qurumun səlahiyyətləri daxilində deyil. Retranslasiya konkret olaraq teleradio yayım haqqında qanun 26.4-cü maddəsində göstərilir ki, yayımçı ilə o retranslasiya olunacaq arasında müqavilə ilə həyata keçirilir. Yəni bura tənzimləyici dövlət qurumunun bu prosesə müdaxiləsi qanuni bir müdaxilə deyil. Ümumiliyətlə, belə bir siyahını müəyyən etmək, belə bir siyahını uzaq başı tövsiyə edə bilər, amma tövsiyə belə heç bir qanundan doğacaq bir məsuliyyət yaratmaz. Bu baxımdan teleradio şurasının belə bir siyahı qəbul etməsi, bilavasitə qanunvericilikdə olan normaları kobud şəkildə pozmaq və özünə aid olmayan səlahiyyətlər çərçivəsində mövcüd yayımçıları onların seçim imkanlarını məhdudlaşdırmaqdır. Bu aspektdən ciddi qanun pozuntusudur. Bu olsa-olsa ancaq tövsiyə xarakterli ola bilərdi, o da bir kriteriyaya söykənməlidir, çünki kriteriya olmadan hansı kateqoriyada olmasını müəyyənləşdirmək mümkün deyil. Məsələn, nəyə görə qərar qəbul edilir ki, Azərbaycanda 125 rus kanal yayılmalıdır? Və ya digər ölkələrin də 38 kanalı rusca efirə buraxılır? Yəni 163 kanal. Bu çox ciddi bir milli, eyni zamanda da təhlükəsizlik problem yaradır. Azərbaycan ölkəsinin vətəndaşı artıq rus təfəkkürü, rusun dünyagörüşü, rusun dünyaya baxışı ilə baxmağa başlayır. Bu eyni zamanda da ciddi milli təhlükəsizlik problem yaradacaq bir məqamdır ki, Teleradio Şurası Azərbaycan cəmiyyətini bilərəkdən, ya bilməyərəkdən çox yalnış bir sferaya çəkir. 
İkinci bir məqam isə odur ki, siyahı müəyyən olunarkən burada hansı kriteriya əsas götürülüb? Təbii ki, bu 200-dən çox kanalın siyahısına baxdım. İndi sizə qeyd etdiyim kimi 163 kanal bilavasitə rusca yayılan, bunun da 125-i Rusiyadan yayılan, rus mənbəli olan kanallardır. Ölkədə cəmi 11 televiziya lisenziyası verib, digər ölkələrin 150, 200, 250 kanalının siyahısın müəyyən etmək Teleradio Şurasına nə qazandırır? Bu çox ciddi bir sualdır. Əgər öz ölkəndə tezliklər boşdur və bu imkan varsa, yayımçı olmaq istəyən və bunun üçün can atanlara mühit yaratmalısan. Hansısa ölkənin məhsullarını, standartlarını ölkəyə gətirib onu tamaşaçıya sırımamaq lazımdır. Ayrıca, bunu müəyyən edərkən, hökmən həmin tövsiyə bir kriteriyaya söykənməlidir. Bu kriteriya olsa-olsa Azərbaycan qanunvericiliyində olan yayım prinsipləri çərçivəsində ola bilər. Bu isə Azərbaycanda televiziyaların universallığı ilə bağlıdır. Onlara izah etmək lazımdır ki, əgər universal televiziyaları seçsəydiniz, bu universallığı və yaxud da bu rəngarəngliyi qorumaq üçün bir balans lazımdır və bu balans da Azərbaycanın geopolitik bir məkanında, xalqının qohum xalqlar, dillər məsələsində, ölkə əhalisinin dil qəbul etmək imkanları və sair, bəlli bir kvota müəyyən edə bilərdi. Bunların heç biri yoxdur və tamamilə bilmirəm hansısa subyektiv amillərlə müəyyən olunmuş və 99 faiz da faydasız, heç kimin baxmayacağı kanalların siyahısı müəyyən olunub. Harada ki, səlahiyyət yoxdur və retranslasiya olunacaq proqramlarla bağlı qanunla heç bir öhdəlik və vəzifə verilməyib, deməli, bu, həmin qurumun özünün strukturunun yenidən gündəmə gəlib onun özünün statusunun yenidən müzakirəyə ehtiyacının olduğunu göstərir”.

"Niyə mənim əvəzimə seçirsən? Niyə qoymursan, özüm seçim?”

Media eksperti Zeynal Məmmədli isə Milli Teleradio Şurasının tamaşaçılardan soruşmadan onların yerinə seçim etməsindən düzgün saymır: "Kateqorik olaraq doğru deyil. O, tövsiyə edə bilər ki, bu seçimi kim aparır? Seçimi ilk dəfə məzmunla, hansı telekanalların göstərilməsi ilə bağlı Milli Teleradio Şurası aparmışdı. Faktik olaraq burada bir insarçılıq əlaməti mövcuddur. Milli Teleradio Şurası Azərbaycanda çağdaş tv, bütün dünya ilə səsləşən demokratik nə bilim nəyə uyğun gələn belə parametrləri götürməlidir, amma reallıqda elə deyil. Məsələn, biz hansısa faktorları nəzərə alarkən tamaşaçının seçiminə necə müdaxilə edə bilərik? Uşaqlara ziyanlı olmasın, hansı saatlarda göstərilsin filan. Burada, sözsüz ki, dövlətin də marağı var. Yəni burada dövlət bir çox məsələlərdə önə keçir. Terror təbliğatı, millətlərarası qızışdırıcı elementlər varsa, əlbəttə ki, dövlət önə keçəcək. Yəni prinsipcə qanunda bütün bunlar var və Avropa normalarında da qeyd olunub ki, nələr olmaz. Amma qalan şeyləri, məsələn, filan şey əxlaqsızdır, bizim mentalitetə uyğun deyil, biz bunu qadağan edirik, bunlar çox dəyişən amillərdir. Söhbət konkret porno tvlərdən getmir, hansısa bir elementdən gedir, yəni bunlar yetərincə mübahisəlidir. Önəmli olan nədir? Önəmli olan, bu kanallar plüralist bir təşəbbüs yaradırmı? Bu kanallar sosial kanallardır, yoxsa əyləncə kanallarıdır? Bir televiziya universal, sosial, əyləncə ağırlıqlı ola bilər, amma indi dünyada ixtisaslaşma getdiyindən burada çox önəmlidir. Azərbaycan televiziyalarında proqram siyasətinə baxırsan, 10 verlişdən doqquzu birmənalı olaraq ciddi deyil, mənasız əyləncədir. Pulsuz baxdığımız bir şey, bizə informasiya vermirsə, əyləncənin də intellektualını, çağa uyğununu vermirsə, bəsitini verirsə, bəs o siyahıdaki 262 kanallar nə verir? Məsələn, BBC-nin texniki serialları var: elm, texnika, təbabətlə bağlı və s. Bunlar ixtisaslaşmış şeylərdir ki, bizim gücümüz, imkanımız çatmır, amma adam baxmaq istəyir. Azərbaycan tamaşaçısı öz efirində buna baxa biləcəkmi? Baxa bilməyəcək". 
Картинки по запросу Zeynal Məmmədli
"Mən bilmək istəyirəm ki, bizim Milli Teleradio Şurası öz işini necə qurmaq istəyir? Bilmirik ki, televiziyaların filan qədər faizi kimlərin əlindədir? Yəni adi tamaşaçı bunları bilməyə bilər, amma o siyahıya hansı kanallar salınıb? Burada reklam, kommersiya maraqları güdülməyibmi? Niyə məhz bu kanallar salınıb? Nə ilə əsaslandırılıb və bu seçim niyə müzakirə olunmayıb? Niyə bu seçim tamaşaçının əvəzindən həll olunub? Mənim əvəzimə sən mənə kostyum seçirsən və mən bunu geyinməliyəm. Bunun rəngi var, bunun ölçüsü var, bunun mənə uyğun olub-olmaması var. Niyə mənim əvəzimə seçirsən? İcazə ver mən bu kostyumumu özüm seçim. Niyə qoymursan kostyumu özüm seçim? Televiziyada da işlər bu cürdür. Sən özünə görə, rənginə görə, ölçünə görə, ehtiyacına görə seçirsən. Yən bunlar çox ciddi məsələçlərdir", - ekspert bildirib.

"Son yenilənmə 18 noyabr tarixində edilib”

Milli Teleradio Şura Aparatının rəhbəri Toğrul Məmmədov bu mövzunun media tərəfindən nəyə görə məhz indi gündəmə gətirildiyini anlamadığını bildirib: "Xüsusi razılıq lisenziyası olan kanallar seçilib. Hansı telekanalların ki, xüsusi razılıq lisenziyası var, bizim internet səhifəsində geniş şəkildə yazılıb. Hər kanalın hansı ölkəyə məhsus olması, hansı yayım üçün lisenziyasının olması orada yerləştirilib. Mətbuat bilmirəm bunu niyə indi yazır, amma son yenilənmə 18 noyabr tarixində edilib”.
Картинки по запросу Milli Teleradio Şurası Toğrul Məmmədov

Əli Zeynal. 
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo