13:35, 16 İyul 2018 (Bazar ertəsi) 147

Məşğulluq və işsizlik faizləri

Məşğulluq və işsizlik faizləri
Dövlət Statistika Komitəsi məşğulluq və işsizlik hesabatı yayıb. Bildirilir ki, 2018-ci il iyulun 1-nə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 108,9 min nəfər olub, onların 4 milyon 856,5 min nəfərini məşğul əhali təşkil edib.

İyunun 1-nə muzdla işləyənlərin sayı 1 milyon 545,4 min nəfər göstərilir, iqtisadiyyatın neft sektorunda 33,6 min nəfərin, qeyri-neft sektorunda 1 milyon 511,8 min nəfərin çalışdığı qeyd edilir.

Hesabata əsasən, iyulun 1-nə məşğulluq xidməti orqanları 36,6 min nəfərə rəsmi işsiz statusu verib, işsizlik müavinətinin və işsizlikdən sığorta ödənişinin orta məbləği 287,2 manat olub.

Yanvar-iyun ayları ərzində müəssisə və təşkilatların sayı 4,7 faiz artaraq 124 min 178-ə çatıb. Qeydiyyatda olan müəssisə və təşkilatların 54,8 faizi Bakıda yerləşir.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 815 minə yaxınlaşıb.