16:50, 08 İyun 2018 (Cümə) 91

Məşhur jurnalist intihar edib

Məşhur jurnalist intihar edib
CNN-in məşhur yazarı və "Bilinməyən yerlər” teleşousunun aparıcısı Antoni Burden intihar edib.

Bu barədə CNN açıqlama yayıb.

Hadisə zamanı o, "Bilinməyən yerlər” verilişinin növbəti bölümünə hazırlıq üçün Fransada səfərdə olub. Yaxın dostları bu gün səhər onun otel otağından cavab gəlmədiyini bildiriblər. Otaqda 61 yaşlı jurnalistin meyiti tapılıb.