13:03, 16 Fevral 2018 (Cümə) 360

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olunub

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olunub
Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olunub.

Bu barədə "Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

S.Əhmədova qeyd edib ki, bu vəzifəyə Bakı Sağlamlıq Mərkəzinin keçmiş baş həkimi Hikmət Həsənov gətirilib.

H.Həsənov "Report”a açqılamasında bildirib ki, artıq dünəndən yeni vəzifəsinin icrasına başlayıb.

O, publik hüquqi şəxs statusu alan Bakı Sağlamlıq Mərkəzində ixtisara düşdüyünə görə işdən çıxarıldığını deyib.

Mərkəzi Neftçilər Xəstəxanasının keçmiş baş direktoru Leyla Seyidbəyli öz ərizəsi ilə vəzifədən azad olunub. Bakı Baş Səhiyyə İdarəsinin əmrinə əsasən, Leyla Seyidbəyli 7 saylı doğum evinə baş həkim təyin olunub.