11:12, 14 İyun 2018 (Cümə axşamı) 77

Mərkəzi Bankın faiz qərarı

Mərkəzi Bankın faiz qərarı
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 11-dən 10 faizə endirib. Bundan başqa, faiz dəhlizinin aşağı-yuxarı həddinin ±2 faiz səviyyəsində olması barədə qərar qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, iyunun 14-də keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. O vurğulayıb ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzər alınıb.

Bu il bundan əvvəl, aprelin 9-da Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 13-dən 11 faizə endirilməsi haqda qərar vermişdi. Habelə, faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±3 faiz müəyyənləşdirilmişdi.