17:10, 02 Fevral 2018 (Cümə) 317

Mərkəzi Bankdan problemli kreditlər barədə açıqlama

Mərkəzi Bankdan problemli kreditlər barədə açıqlama
Azərbaycanda ötən ilin dekabr ayında problemli kreditlərin 263,6 mln. manat azaldığı bildirilir.

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni açıqlanan məlumatda belə yazılır.

Həmin məlumata görə, ötən il dekabrın 1-də problemli kreditlərin ümumi məbləği 1 mlrd. 890.3 mln. manat olub.

Bu il yanvarın 1-də isə həmin göstərici 1 milyard 626,7 mln. manat təşkil edib.

Bir ayda azalmanın 14 faizə yaxın olduğu bildirilir.

Ancaq 2017-ci ilin əvvəli ilə müqayisədə problemli kreditlər xeyli çoxalıb - 154 milyon manat.

Problemli kreditlərin ümumi kredit portfelindəki payı 14 faizə yaxındır.

Mərkəzi Bankın valyuta ehtiyatları...

AMB-nın məlumatına görə, fevralın 1-də bankın valyuta ehtiyatı 5 milyard 381 mln. dollar olub. Ehtiyatların son bir ayda 46,6 milyondan artıq çoxaldığı bildirilir.

İllik müqayisədə də valyuta ehtiyatları artıb - 1 milyard 54 milyon manat.

2015-ci ildə ölkədə iki devalvasiya baş verib. Nəticədə manat dollar nisbətən iki dədə dəyər itirib. Bundan sonra kreditlərin qaytarılmasında problemlər yaşandığı bildirilir.

Devalvasiyalardan öncə isə Mərkəzi Bankın 15 milyard dollardan çox valyuta ehtiyatının olduğu bildirilirdi.