17:36, 05 Mart 2018 (Bazar ertəsi) 302

Merkelin namizədliyi təqdim olundu

Merkelin namizədliyi təqdim olundu


/ DÜNYA
Martın 5-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer Angela Merkeli federal kansler postuna təklif edib. Kansleri seçmək parlamentin – Bundestaqın səlahiyyətindədir.

Novator.az bildirir ki, 2017-ci il sentyabrın 24-də keçirilmiş parlament seçkisini Xristian Demokrat və Xristian Sosial ittifaqları alyansı udub. Sosial Demokrat Partiyası seçkidə ikinci yeri tutub. Yeni hökuməti Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı və Sosial Demokrat Partiyasının qurması martın 4-də dəqiqləşib.

63 yaşlı Angela Merkel 2000-ci ildən Xristian Demokrat İttifaqının sədridir. 1991-1994-cü illərdə qadınlar və gənclər naziri, 1994-1998-ci illərdə ətraf mühit və təbiətin mühafizəsi naziri postlarını tutub, 2005-ci ildən Almaniya kansleridir.