14:39, 11 Aprel 2018 (Çərşənbə) 85

"Məntəqələrə çox çətinliklə girmək mümkündü"



"Məntəqələrə çox çətinliklə girmək mümkündür. Müşahidəçilərə qarşıdırlar, onları istəmirlər".

Kürdəmir rayonu üzrə müstəqil müşahidəçi kimi qeydiyyatdan keçmiş İlkin Kərimov belə deyir.

Bildirir ki, rayonun Xırdapay kəndində seşkini müşahidə edərkən YAP üzvü, hakim partiyanın Şəfəq adlı müşahidəçisi onu sorğu-suala tutub, məntəqəyə buraxmaq istəməyib:

"Təbii səs-küy salandan sonra məntəqəyə buraxıldım. Məni təxribata çəkmək istəyirdilər, alınmadı. 57 saylı seçki dairəsinin 2, 9 və 10-cu məntəqələrində oldum. İnandırım ki, səsverməyə gələn yoxdur. Ancaq büdcə təşkilatının işçiləri, süpürgəçilər, yaşıllaşdırmanın əməkdaşları, müəllimlər və s. gəlirlər. Onlar da toplu şəkildə gəlir, səs verir, çıxırlar. Mən hələ tək gəlib səs verən birini görmədim".

MSK-nın Media və ictimai əlaqələr şöbəsinin məlumatına görə, prezident seçkiləri ilə əlaqədar 894 beynəlxalq müşahidəçi akkreditə olunub.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.

meydan.tv