12:08, 14 İyun 2018 (Cümə axşamı) 200

Məktəblərdə "son zəng"dir

Məktəblərdə
Bu gün, iyunun 14-ü orta məktəblərdə «son zəng»dir.

Bu mərasim orta məktəblərdə təhsilin başa vurulması münasibətilə keçirilir.

Beləliklə, iyunun 14-də Azərbaycanda 2017-2018-ci tədris ili başa çatır.

«Son zəng» tədbirləri Azərbaycanda son illər məktəblərin daxilində və qapalı şəraitlərdə qeyd edilir. Bu, təhlükəsizlik tədbiri ilə izah edilir.

Təhsil Nazirliyinin açıqlamasına görə, bu il ölkədəki ümumtəhsil məktəblərinin 9-cu siniflərini 111 min 257, 11-ci sinfi isə 83 min 1 nəfər bitirəcək. Qiyabi (axşam) ümumtəhsil məktəblərini bitirəcək şagirdlərin sayı isə 658 nəfərdir.

Başa çatmaqda olan tədris ilində 4 min 767 məktəbəhazırlıq qrupunu 93 min 960 uşağın bitirdiyi qeyd edilir.

Proqnozlara görə, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin 1-ci siniflərinə ümumilikdə 165 min 780 uşaq qəbul olunacaq.