15:26, 09 Avqust 2018 (Cümə axşamı) 280

Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə qaytarılıb

Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə qaytarılıb
Bloqqer Mehman Hüseynov cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb.

Ona anası Firəngiz Hüseynovanın yas mərasimində iştirak etmək üçün verilən icazənin müddəti başa çatıb.  

M.Hüseynov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları tərəfindən cəzaçəkmə müəssisəsinə aparılıb.

Onun anası Firəngiz Hüseynova avqustun 6-da vəfat edib. Ona anasının yas mərasimində iştirak etmək üçün icazə verilmişdi və müvəqqəti azadlığa buraxılmışdı.

M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. 

Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.