Siyasət

Məhkəmə saytı blokladı

7 Avqust, 2018
1816
Səbail rayon Məhkəməsi az24saat.org xəbər saytının bloklanmasına qərar verib. Qərarı bu gün, avqusun 7-də Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında qəbul edib.

Bu haqda saytın rəhbəri Vüqar Qurdqanlı məlumat verib.

O və vəkilləri məhkəmədən xahiş ediblər ki, nazirliyin müraciəti ilə daha detallı tanış olmalarına imkan yaradılsın. Ancaq məhkəmə prosesin başqa vaxta ertələnməsinə razı olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəmədə iştirak edən nümayəndələri sözügedən saytın böhtan məzmunlu, qərəzli yazılar yazdığını bildiriblər. Söhbət "Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər" və "Mətbuat Şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi" başlıqlı yazılardan gedir. Bundan başqa "İlham Əliyevə yanlış məlumat verən şəxs Əli Həsənovdur?" və "APA-nı kim, niyə bağladı?" sərlövhəli məqalələrin də böhtan məzmunlu olduğu bildirilib.

Nazirlik nümayəndələri həmin yazıların saytdan çıxarılması üçün sayt rəhbərliyinə xəbərdalrıq edildiyini, ancaq xəbərdarlığa əməl edilmədiyini qeyd ediblər. Onlar "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanununa əsaslanaraq, sayta girişin məhdudlaşdırılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş ediblər.

Məhkəmə yekunda az24saat.org xəbər saytına müraciətin məhdudlaşdırılmasına qərar verib.

Sayt rəhbərliyi qərardan yuxarı məhkəməyə şikayət edəcək.

Azərbaycanda saytların bloklanmasına, əsasən, ötən il, 2017-ci ildə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanununa edilən dəyişikliklərdən sonra başlanıb. Martın sonundan AzadlıqRadiosu daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxıb ki, Baş Prokurorluğun müraciəti ilə belə bir addım atılıb. Mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla bir neçə sayt bloklanıb. Söhbət AzadlıqRadiosunun, "Azadlıq" qəzetinin, MeydanTV-nin, TuranTV-nin və "Azərbaycan saatı" televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Bundan sonra ölkədə daha bir neçə saytın da girişinə məhdudiyyət qoyulduğu açıqlanıb. Bu il avqustun 1-dən etibarən isə "APA Holdinq" MMC-yə daxil olan saytlara giriş mümkün deyil. Şirkət rəhbərliyi bu addımı müəyyən problemlərlə bağlı özlərinin atdığını açıqlayıb.///Turan

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo