17:01, 05 Fevral 2018 (Bazar ertəsi) 167

Məhkəmə Saakaşvilinin şikayətini rədd edib

Məhkəmə Saakaşvilinin şikayətini rədd edib
Kiyev məhkəməsi Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin qaçqın ya da müdafiəyə ehtiyacı biri kimi status almaqla bağlı appelyasiya şikayətini rədd edib.

Bu barədə vəkil Ruslan Çernoluçkov məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmənin Saakaşviliyə qaçqın statusunun verilməməsi ilə bağlı qərarı qüvvədə saxlaması onun ölkədən dərhal deportasiya edilməsi üçün risk yaradır.

Saakaşvili bu qərardan kassasiya məhkəməsinə etiraz etmək niyyətindədir.